Sənədsiz evlər - Dövlət büdcəsi zərər görür, bəs sənədləşməyə niyə başlanılmır?
Paytaxt Bakıda və regionlarda yüz minlərlə sənədsiz tikilinin mövcudluğuna baxmayaraq, həmin evlərin sənədləşməsi hələ də müsbət həllini tapmayıb. Dövlət qurumları (“Azəriqaz”, “Azərişıq”, “Azərsu” və digərləri) həmin evlərə müvafiq xidmətləri göstərməklə onların legitimliyini de-fakto tanısa da sənədləşmə işləri sanki tilsimə düşüb.
Xatırladaq ki, ölkə başçısı bir neçə dəfə bu məsələyə münasibət bildirərək, qanunsuz evlərin araşdırılmasını və mümkün olan ərazilərdə evlərin sənəndləşdirilməsini tövsiyyə edib.
Maraqlıdır, hazırda prsoses hansı yerdədir? Evlərin sənədləşdirilməməsinin dövlət büdcəsinə nə kimi mənfi təsirləri var?
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi İsrafil Kərimov bu istiqamətdə işlərin getdiyini bildirib:
“Sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində aidiyyatı qurumlar işləri davam etdirir. Yekun nəticələr hazır olan kimi Nazirlər Kabinetinə bu barədə məlumat göndəriləcək”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı evlərin sənədləşdirilməməsinin dövlət büdcəsinə külli miqdarda ziyan vurduğunu qeyd edib:
“Uzun illər müzakirələrdən sonra bu məsələnin həlli ilə bağlı konsepsiya razılaşdırıldı və işlərə başlanıldı. Paytaxt və regionlarda sənədləşdirilməsi üçün 300 minə yaxın fərdi yaşayış evi qeydə alınıb. Ötən ilin təqribən aprel ayı üçün bu barədə qərarın qəbul ediləcəyi gözlənilirdi, amma bir sıra obyektiv səbəblərdən proses ləngiyib.
Problemin mövcudluğu dövlət büdcəsinə külli miqdarda ziyan vurur. Bu ziyan müxtəlif istiqamətlərdə baş verir. İlkin ziyan aparılan alqı-satqı əməliyyatları zamanı dövlət büdcəsinə ödəniləcək vergilərin ödənilməməsidir. Bundan əlavə notariat kontrollarına daxil olan xərclər, yəni maliyyə xərcləridir. Eyni zamanda bu evlərin bir çoxu sənədsiz olduğu üçün bələdiyyə vergisini ödəməkdən imtina edir. Burada da bələdiyyələr xeyli vəsait itirir”.
Ekspert problemin tam olmasa da müəyyən qədər həll ola biləcəyi qənaətindədir:
“Hər şeydən əlavə burada həm də hüquqi zərərlər də var. Belə ki, yüz minlərlə vətəndaş praktiki olaraq mülkiyyət hüquqlarının olmamasından əziyyət çəkir. Bu mənada düşünürəm ki, hökumət gələcəkdə problemi həll edəcək. Yəni, tam da olmasa müəyyən qədər uğurlu nəticə əldə etmək mümkün olacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-01-2021, 14:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-01-2021, 14:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
Bu gün, 08:27
Qalmaqallı oliqarx Şahmar İbadov yenidən iş başında: Bu dəfə “Şuşa”nı sökür – ŞOK İDDİALAR/ VİDEO
Dünən, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
11-01-2025, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03