Fevralın 1-dən yoluxma arta bilər: - Məktəblər açıq, metro bağlı, avtobuslar basabas
Bildiyimiz kimi, fevral ayının 1-dən məktəblər qismən öz fəaliyyətini bərpa edir.
Hələlik ilk həftələrdə ibtidai sinif şagirdləri (1-4-cü siniflər) növbəli şəkildə, karantin və pandemiya qaydalarına riayət edərək dərslərə başlayacaqlar. 5-9-cu sinif şagirdləri ilə bağlı qərar daha sonra mövcud vəziyyət diqqətə alınaraq veriləcək. Burada isə həm də Bakı Metropoliteninin fəaliyyətini bərpa edib-etməyəcəyi nəzərə alınacaq.
Metronun bağlı olması isə avtobuslarda yaşanacaq sıxlıqdan xəbər verir. Nəzərə alsaq ki, bütün şagirdlər yaxınlıqda yerləşən məktəblərdə oxumur. Eyni zamanda, müəllimlər də işə gedib-gəlmək üçün ictimai nəqliyyatdan istifadə edəcəklər. Bu isə onsuz da yüklənən avtibuslarda sıxlığın daha da artacağından xəbər verir.
Avtobuslarda yaranacaq bu yüklənmə hansı problemlərə yol açacaq?
Cebhe.info-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırkı vəziyyətdə avtobusların üzərinə böyük yük düşür:
“Təbii ki, bu prosesdə ictimai nəqliyyatın üstünə çox böyük yük düşür. Burada da metronun olmaması yükü birbaşa avtobusun üzərinə qoyur. Pandemiya ilə əlaqədar əksər valideynlər övladlarını ictimai nəqliyyatdan kənar tutmağa çalışırlar. Ancaq hər kəs taksi ilə gedə bilmir və ya hər kəsin şəxsi avtomobili yoxdur. Metro hal-hazırda avtobusdan daha təhlükəsizdir, əgər normal havalandırma olarsa. Təəssüf ki, metronun təməli nə köhnə rəhbərliyin, nə də yeni rəhbərin vaxtında düzgün qoyuldu. Havalandırma sisteminə çox ciddi yanaşma yoxdur. Problem də buradan qaynaqlanır. İstənilən müqayisədə metro avtobusdan daha çox sərnişin daşıyır və daha az zaman müddətində sərnişinləri gedəcəkləri məntəqəyə çatdırır.
Ən azından, metroda normal, yan-yana getmək olur, avtobusdakı qədər sıxlıq olmur. İllərdir dövlət Metropolitenə bu qədər vəsait xərcləyir, ancaq dövlətə də xeyir gəlmir, əksinə, ziyana işləyir. Belə olduğu halda, gələcəkdə metro özəl şirkətə verilə bilər. Çünki o şirkətlər həm qazanır, həm də inkişaf etdirir. Ancaq yenə də hazırkı durumda metronun fəaliyyətinə imkan yaratmaq lazımdır”.
“Yaşanacaq sıxlıq yoluxma sayının da artmasına təsir edəcək”. Bu fikirdə olan ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev bildirib ki, artım ehtimalı istisna deyil:
“Virusa yoluxmada artım ehtimalı var. Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, hamımız, yəni tövsiyə olunan kateqoriyalar- tibb işçiləri, 65 yaşdan yuxarı insanlar peyvənd olunmalıdır. Artıq 65 yaşdan aşağı insanlar da peyvənd olunur. Onun heç bir zərəri yoxdur. Təkcə metronun fəaliyyətinin bərpası üçün deyil, eləcə də həftəsonu ictimai nəqliyatın bərpası üçün birmənalı olaraq, peyvəndlənmə prosesindən keçməliyik. Mən özüm də artıq peyvənd olunmuşam, heç bir zərərli təsirin hiss etmirəm. İlk 2 həftə ərzində də məktəblərin qismən fəaliyyətinə uyğun olaraq, müvafiq orqanlar tərəfindən izlənmə aparılacaq və yəqin ki, nəticəyə uyğun qərar verilər”.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, fəaliyyətin bərpası ilə qərar vermək səlahiyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahdadır:
“Biz yalnız onların verdiyi qərardan asılı olaraq, addımlar atırıq. Ancaq Metropolitenin gündəlik iş rejimi sərnişindaşımadan asılı olmayaraq, infrastrukturun qorunması və sağlam vəziyyətdə saxlanılması baxımından davam edir”.
Operativ Qərargahdan telefon zənglərimizə cavab verilməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-01-2021, 16:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-01-2021, 16:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57