“Müəllimlər qiymət verərkən onlayn dərsin çətinliklərini nəzərə alsınlar” - valideynlər narazıdır
Bir neçə gündür ki, məktəblilərin biliklərinin onlayn qaydada qiymətləndirilməsinə başlanılıb. Valideynlər və şagirdlərin həyəcanla qarşıladığı bu imtahanlar bəzi narazılıqlara səbəb olub. Bizimlə söhbətdə oğlu 4-cü sinifdə oxuyan Aləm Nəbiyeva bildirib ki, imtahan zamanı bəzi çətiliklərlə üzləşiblər: “Bu gün uşaq sualları yazanda internet neçə dəfə çıxdı, müəllimənin dediklərini düzə-əməlli başa düşmədik. Heç bilmədim uşaq nə yazdı orada. Adamın əsəbləri korlanır. Müəllimə də deyib ki, burada alınan qiymət rüblüyə yazılacaq. Belə olmaz axı. Normal imtahan keçirsinlər, uşaqlar da düzgün cavab versinlər”.
Digər valideyn Leyla Mahmudova da şikayət etdi: “Qızım 4-cü sinifdə, rus bölməsində oxuyur. Bu gün dörd fənn onlayn qaydada oldu. 3-ündən imtahan verdilər, birindən də imtahana hazırlıq oldu. Axırıncı - dördüncü imtahan ”ingilis dili" fənnindən oldu, uşaq cavab verə bilmirdi artıq. Səhərdən kompüterin qarşısında əyilib cavab verməkdən hal qalmamışdı. Mən övladımın belə qiymətləndirilməsini istəmirəm. Keyfiyyətli dərs keçilibmi məgər, indi də tələb edirlər. Hələ onu demirəm ki, valideynlərin çoxu cavabları özləri yazırlar".
“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov da qiymətləndirmə haqqında fikirlərini bildirib: “Azərbaycan təhsil sistemində ilk dəfədir ki, onlayn qaydada bu qədər kütləvi qiymətləndirmə aparılır. Təbii ki, istər onlayn dərs, istər onlayn qiymətləndirmə bizim üçün yeni üsul və vasitədir. Etiraf edək ki, bütün təhsil alanlarımız bərabər şəkildə bu imkanlardan istifadə edə bilmirlər. Ən vacib məqamlardan biri isə təhsil alanların biliklərinin obyektiv şəkildə qiymətləndirilməməsidir. Təəssüf ki, onlayn qiymətləndirmə zamanı bir çox valideynlər övladlarına test tapşırıqlarının həllində yaxından kömək və müdaxilə eləyib. Məsələnin birinci problemli tərəfi budur. Əlbəttə, bütün hallarda dərslər onlayn keçirildiyi üçün qiymətləndirilmə də onlayn keçirilməli idi.
Burada problemi iki hissəyə bölək: onlayn dərslərə qoşulmayan şəxslər biliyinin qiymətləndirilməsində mütləq iştirak etməlidirlər. Əgər hansısa şagirdin qiymətləndirilməsi mümkün deyilsə, sonradan qaydalara riayət etmək şərtilə məktəblərdə bu reallaşacaq. İkincisi isə texniki və təbiət fənlərindən-fizika, kimya, biologiya fənlərinin cavablandırılmasında onlayn resurslar yetərli deyil. Şagirdləri bu fənlərdən onlayn qiymətləndirməyə cəlb etmək o qədər də effektiv deyil. Çünki onlar biliklərini tam şəkildə ortaya qoya bilmirlər. Həm də vaxt baxımından bu mümkün deyil. Ümumiyyətlə, birinci yarım il üzrə qiymətləndirmələr keçirilməsəydi, daha yaxşı olardı. Bu zaman şagirdlər əlavə stresdən azad olmuş olardılar. Amma bütün hallarda biz məcburuq. Birinci yarım il başa çatır".
Ekspert xatırladır ki, 27 yanvar-31 yanvaradək ölkədə qış tətili başlayır: “Şagirdlərin birinci yarım il üzrə bilikləri qiymətləndirilməlidir. Bilirik ki, ötən tədris ili-ikinci yarımillikdə şagirdlərin biliyi qiymətləndirilmədi və onların birinci yarım ili üzrə qiymətləri əsas illik və ikinci yarımilliyin qiymətləri olaraq yazıldı. Düşünürəm ki, bu qaydanı cari il üçün də tətbiq etmək olardı. İkinci yarım il üzrə mərhələli şəkildə məktəbə gedəndə onların bilikləri qiymətləndirilə bilərdi. Düzdür, burada nə qədər ədalətli olsa belə şəffaflığın təmin olunması məsələsi var. Etiraf edək ki, müəyyən qisim şagirdin interneti, kompüteri, planşeti olmadığı üçün qiymətləndirmədən kənarda qalacaqlar. Yaxud da qiymətləndirmə zamanı intetnetində problem olan, stress yaşayan şəxslərin bilikləri tam olaraq qiymətləndirilməyəcək. Ona görə də müəllimlər qiymətləndirmə zamanı bu amilləri nəzərə almalıdırlar. Yəni əsas meyar o demək deyil ki, şagird 60-70 suala cavab verirsə, ona uyğun olaraq qiymətini yazmaq lazımdır. Müəllim dərsi idarə edən şəxsdir, yaxşı olar ki, uşaqlara qiymət verərkən onlayn dərsin çətinliklərini nəzərə alsınlar. Onlayn qiymətləndirmə bəzən şagirdlərin potensialına uyğun olmur. Bu da onların növbəti illərdə təhsilə marağını azalda bilər, motivasiyasını aşağı sala bilər. Müəllimlər müəyyən qədər güzəştlər etsələr, daha yaxşı olardı”.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, şagirdlərin yarımil ərzində yaxşı dərs öyrənmədiyi məlumdur: “Məktəbdaxili qiymətləndirmə gözlənilməz olmayıb. Uşaqların biliklərinin qiymətləndirilməsi o anlama gəlmir ki, onlardan yüksək nəticə gözləyirik. Bütün dünyada təhsillə bağlı göstəricilər aşağı düşüb. Biz nə ilə qarşılaşacağımızı bilirik. Lakin bunu ölçmək üçün qiymətləndirmə vacibdir. Qiymətləndirmə hər bir akademik öyrənmənin göstəricisinin nəticəsidir, bu, imtahan deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-01-2021, 08:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-01-2021, 08:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57