“Evdə oturub maaş almaq doğru deyil“ - Əməkdar artist
Xəbər verdiyimiz kimi, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunacaq.
Bununla paralel olaraq, muzeylərin də fəaliyyəti bərpa olunsa da, bu qərar teatrlara aid edilmədi.
Məsələ ilə bağlı danışan Əməkdar artist Nahidə Orucova bu qərarın sənət adamlarına pis təsir etdiyini deyib:
“Teatrların hələ də açılmaması biz sənət adamlarına çox pis təsir edir. Çünki biz səbrsizliklə gözləyirdik ki, tetrlar açılsın. Artıq bir ildir ki, evdə oturmuşuq, heç bir fəaliyyətimiz yoxdur, işimiz yoxdur. Kim deyirsə ki, mən yaradıcılığımı evdə davam edirəm, o düz deyil. Evdə yaradıcılığı davam etdirmək mümkünsüzdür. Biz mono aktyorlar deyilik. Mono aktyorlar özləri monoloqlar deyərək səhnə yaradırlar. Lakin bizdə elə deyil, biz teatr aktyorlarıyıq. Biz kollektivə, ünsiyyətə, tamaşaçılara öyrəşmişik. Onlayn tamaşalar ola bilər düzdür, lakin canlı tamaşaçı, canlı nəfəs tam başqa şeydir. Səbirsizliklə gözləyirdim ki, artıq hər yer yavaş-yavaş açılır, teatr da açılacaq, amma bir xəbər yoxdur, bu çox pisdir”.
Aktrisa bir ildir teatrsız qalan sənətçilərin maddi vəziyyətinin də yaxşı olmadığını deyib:
“Maddi vəziyyət də yaxşı deyil, çəkilişlər yoxdur. Sağ olsun, dövlət maaşımızı verir, amma fəaliyyət olmaya-olmaya evdə oturub maaşı almaq nə dərəcədə düzgündür, bilmirəm. Mən istəyərdim ki, biz zəhmətimizin bəhərini görüb o pulu alaq. Artıq bizlər 41-42 ildir ki, səhnədəyik, dövlət tərəfindən, jurnalistlər tərəfindən hər zaman dəyərləndirilmişik, yada salınmışıq. Amma bilirsiniz, canlı tamaşaçı tam başqa şeydir. Təsəvvür edin, bəzən tamaşadan çıxanda axşam görürsən ki, qapıda tamaşaçı dayanıb səni gözləyir. Sən əynini dəyişib, qrimini silənə qədər gözləyib ki, sənə sevgisini, məhəbbətini bildirsin. Bu münasibət, bu sevgi çox başqadır. Biz aktyor, aktrisalar bunun üçün darıxmışıq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-01-2021, 13:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-01-2021, 13:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57