reklam
Regionxeberlericom.az » Cəmiyyət » 9 il müddətinə həbs olunan sabiq prokuror bəraət aldı

reklam

9 il müddətinə həbs olunan sabiq prokuror bəraət aldı


2018-ci il noyabrın 1-də Şəki Ağır Cinayətlər Məhkəməsində vəzifədən sui-istifadədə və rüşvət almaqda təqsirli bilinərək 9 il müddətinə həbs olunan İsmayıllı rayon prokuroru Ülvi Abbasov bəraət alıb.

Ötən ilin avqust ayında Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə barəsində şərti cəza verilərək azadlığa buraxılan Ü.Abbasov həmin qərarla razılaşmayaraq, kassasiya şikayəti verib, 2020-ci ilin dekabr ayında Ali Məhkəmənin hakimi İnqilab Nəsirov tərəfindən baxılaraq şikayəti tam təmin edilib. Onun əməlində cinayət tərkibinin olmaması əsas tutularaq, barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayonun sabiq prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib.

Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 25 iyul 2018-ci il tarixli əmri ilə F.Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ü.Abbasov isə vəzifədən azad olunub.

Ülvi Abbasovun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilib.





Paylaş:


Müəllif : Tarix:
28-01-2021, 16:52
Sikayət   


loading...
Загрузка...