“Azərbaycanda qadına qarşı yönələn bütün zorakılıqlara namus donu geyindirməyə çalışırlar” - ETİRAZ
“İllər boyu “arvad sözə baxmırsa, döyərlər, namussuzdursa, öldürərlər “öyüd”ünü alanların belə amansızlıqları bizi təəccübləndirməməlidir”
Daha bir qadın cinayətinin şahidi olduq. Amma budəfəki olay həddindən artıq tükürpədici və dəhşətlidir. Dünən Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın meyiti tapılıb. Onun Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib. Cinayəti törədən isə B.Məhərrəmovanın qayınatası, Babək rayon sakini İ.Məhərrəmovdur. Hadisənin qısqanclıq zəmininə törədildiyi bildirilir.
Zaman-zaman qadınlara qarşı müxtəlif zorakılıqlara rast gəlmişik. Ölkəmizdə qısqanclıq zəminində törədilən qətllər, bıçaqlanmalar saya-hesaba gəlmir. Bütün hadisələrə də eyni adı verirlər: “Namus cinayətləri”. Qardaş bacını, oğul ananı, ər arvadını öldürür. Hamısı da eyni motivdə: xəyanət.
Daha doğrusu, cəmiyyət heç bir əsas olmadan namus ifadəsini daha çox qadınlarla bağlayır. Özlərinə bəraət qazandırmaq üçün namusdan vasitə kimi istifadə edirlər. Səbəb hər nə olur olsun, bir insan, canlıya və bir qadına bu cür vəhşiliyi edən hansı namusdan danışa bilər axı?!
Qandondurucu hadisə ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist İlhamə Rəsulova bildirib ki, Azərbaycanda qadına qarşı yönələn bütün zorakılıqlara namus donu geyindirməyə çalışırlar:
“Çünki namus üstündə həbsxanaya girmək cinayətkarlara bundan sonra yaşayacağı cinayətkar aləmdə bir sıra üstünlüklər verəcək. Müxtəlif psixoloji səbəblərlə ailədə yaranmış narazılıqlar zamanla toplanaraq faciə ilə nəticələnir. Lakin ən pisi bu faciəyə namus donu geyindirilməsi, qadının kişinin namusuna ləkə vurduğu üçün öldürülməsi kimi təqdim olunmasıdır. Bu ad altında kişi cəmiyyətdə cinayətkar yox, namusunu təmizləmiş qəhrəman imici qazanır, ictimai qınaqla üzləşmir. Həbsxanaya düşən kişilərin belə ordakı mövqeyi bir pillə yuxarıda qərarlaşır”.
İ.Rəsulova vurğulayıb ki, Azərbaycanda mövcud olan bu bəlanın kökləri ailə tərbiyəsindən başlayır:
“Cəmiyyətimizdəki ailələrdə oğlan uşaqlarını bir qayda olaraq qadınlar üzərində dominant kimi tərbiyələndirirlər. Öncə bacıları, sonra anası, həyat yoldaşı, yaşa dolduqca qızları, gəlinləri üzərində haq sahibi olduğunu təbii qanunauyğunluq kimi başa düşür Azərbaycan kişisi.
Eyni ailədə böyüyən oğlanın zaman keçdikcə yol verdiyi xətalar şuluqluq, qızınkı isə ömürlük damğa, “qara ləkə” adı alır. Yəqin ki, yalnız Azərbaycanda qadın bir xətanın cəzasını ömrü boyu ödəməklə yaşayır.
Ölkəmizdə namus bir tək qadına və qadının cinsiyyət orqanına aid məfhum hesab edilir. Ölümə qədər aparan yolda o qadının kim bilir nə qədər problemi olub, amma səsini eşitməyiblər. Birincisi ondan başlayaq ki, qadınlar polisin qaynar xəttinə müraciət etsə belə, döyülüb və ya ölümcül yara almayıblarsa, şikayətə baxmayacaqlar.
Halbuki sözlü şəkildə də psixoloji travma və təzyiqlər yaşanır. Bizim polis bunu anlamaq , görmək istəmir. Cəmiyyətimizdə qadını yetişdirən mühitin sərt və qəddar tərbiyə üsullarının göstəricisidir bu fakt. “Başına bir iş gələrsə başını kəsərik, adına söz çıxarsa, öldürərik!” kimi hədələrlə böyüyən və böyüdən insanın beynində bu dünyanın ən dəhşətli fəlakəti qadın- kişi münasibətləridir”.
Jurnalistin fikrincə, o qadını öldürən yalnız qaynatası deyil, həm də mentalitet adı altında bizə sırınan namus düşüncəsidir:
“Sizdən soruşuram, o xanım xalqın sərvətini sorub kasıbların, yetimlərin payını öz malıymış kimi mənimsəyən məmurlardan çoxmu namussuz idi? Şər-böhtan atıb üzə duran şantajçılardan, fırıldaq yolu ilə başqalarının əmlakını talayan dələduzlardan, rüşvətxorlardan, ara qarışıdırıb yuva yıxanlardan çoxmu ağır idi namus yükü o zavallı qadının?
Namus dedikləri budursa, olmaz olsun belə namus!. İllər boyu ailəsi və ətrafındakılardan “arvad sözə baxmırsa, döyərlər, namussuzluq edirsə, öldürərlər, namusu ancaq qan təmizləyər” öyüdü ala-ala böyüyən, vurmağı, döyməyi, hətta öldürməyi igidlik hesab edən bir kişinin ən adi səhv uğruna arvadını, qızını, gəlinini qətlə yetirməsi təəccübləndirməməlidir.
Belə düşüncəyə malik bir kişinin arvadı olmaq qatillə eyni yatağa girməkdən başqa bir şey deyil. Üstəlik, qadın boşanmağa qalxınca ailəsinin basqısı ilə üzləşib gedəcək yer tapmırsa, özünü məhkum etməkdən başqa çarəsi qalmır. Ya intihar yolunu seçir, ya da bir az cəsarətlidirsə qaçıb getmək yolunu tutur.
Onda da arxasınca deyilməyən iftira qalmır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan cəmiyyətində boşanmış qadın olmağın da yaratdığı bir çox çətinliklər var. Lakin bu artıq başqa bir mövzudur.
Qadın namussuzluğuna haqq qazandırmıram. Lakin bir günah, bir düzəlməz xəta baş veribsə, bunun ölümlə, həm də qayınata tərəfindən vəhşicəsinə cəzalandırılmasına anlam verə bilmirəm.
Bəyənmirsən ,ayrıl, boşan, boşa. Öldürüb, sonra izi itirmk üçün cəsədi parçalamaq əminəm ki, vəhşiliyin nəticəsi deyildi, etdiyi əməldən qorxmağın nəticəsiydi. Qorxu insana ağlına gətirə bilməyəcəyi vəhşiliyi etdirmək qüdrətinə malikdir.
Qorxan insan ən ağlasığımaz cinayətlərin seriyasını düzənləyə bilər. Bunu da həmin qaynata misalında gördük. 75 yaşlı kişi 32 yaşlı bir qadını öldürüb sonra cəsədi parçalayaraq 4 kisəyə doldurub zibilliyə atır.
Səbəb cəza almaq qorxusu. Bəlkə də, oğlunun günahını üzərinə götürür, bu da araşdırmalarda məlum olacaq. Dövlət gender bərabərliyinə diqqət göstərir və bu qanunlarımızda öz əksini tapıb.
Sadəcə olaraq qadınlarımızın öz hüquqlarını bilməməsi, ictimai basqı məfhumu, ən əsası da qadının iqtisadi asılılığının olması faktları onların ailə içərisində şiddətə məruz qalmasına gətirib çıxarır”.
İ.Rəsulova qeyd edib ki, öz gücünə inanan, ayaqları üstə dayanmağı bacaran qadın onu əzən, sıxan qandallardan qurtarmağa özündə güc tapa bilər:
“Ailə içərisində qız uşaqlarının təhsilinə, peşə, sənət öyrənməsinə xüsusi diqqət yetirilməlidir. Qanadına güvənən quş qonduğu budağın sınmasından qorxmaz! Cahil bir ana cahil balaların, cahil cəmiyyət üzvlərinin yaranmasına səbəb olur. Bu bir reallıqdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-01-2021, 17:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-01-2021, 17:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09