reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vətən müharibəsində ağır yaralanan hərbçimiz şəhid oldu

reklam

Vətən müharibəsində ağır yaralanan hərbçimiz şəhid oldu


Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid olub.

“Report”un xəbərinə görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.

O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.

Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.

Allah rəhmət eləsin!


Paylaş:


Müəllif : Tarix:
29-01-2021, 21:36
Sikayət   


loading...
Загрузка...