“Maaş və pensiyalara yenidən baxılacaq” - Deputatdan mühüm AÇIQLAMA
"Büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqına, həmçinin pensiyalara yenidən baxılmalıdır".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yanacağın bahalaşmasının ərzaq məhsullarının qiymətinə təsirindən danışarkən bildirib.
V.Əhmədov qeyd edib ki, mütəmadi olaraq, bu istiqamətdə dövlət başçısı tərəfindən işlər həyata keçirilir:
"Amma indiki bahalaşma fonunda düşünürəm ki, maaş və pensiyalara yenidən baxılmalıdır. Çünki bahalaşma çox sürətlə gedir. Fevralın 1-dən yaz sessiyası öz işinə başlayır, hesab edirəm ki, parlamentdə də bu məsələyə baxılacaq”.
Parlamentarinin sözlərinə görə, benzin və dizelin bahalaşması fonunda bahalaşma gözlənilən idi:
"Məhsulların daşınması zamanı nəqliyyat xərcləri onun qiymətinə təsir edən amildir. Necə ola bilər ki, yanacaq bahalaşsın, amma mal-məhsul yox. Yanacağın qiyməti kənd təsərrüfatı məhsullarının qiymətinə də ciddi təsir edir. Amma monitorinqlər göstərir ki, bəzi məhsullar obyektiv səbəbdən bahalaşsa da, çoxu sui-istifadə nəticəsində bahalaşıb. Hətta bəzi məhsullarda bahalaşma 1-2 manat həcmindədir. Bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarəti gücləndirməlidir”. /Modern.az
Paylaş:
Müəllif : Fuad
Tarix:30-01-2021, 19:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-01-2021, 19:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
Dünən, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Dünən, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
13-01-2025, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
13-01-2025, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
13-01-2025, 08:27