Şəhid verən Azərbaycan qadını - Dəyanət, təmkin və səbr
“Həyəcan, intizar, həsrət, qürur, minnətdarlıq... Bu qarışıq hisslərin içindəyəm sən cəbhəyə gedən gündən! Amma Vətən sevgisi hamısından ucadır, səninlə duyduğum fəxarət hissi hər şeyi üstələyir, çünki sən o Vətən üçün getmisən! Azərbaycanın əsgərisən! Tezliklə qalib kimi qayıt, Qələbə ilə qayıt! Səni gözləyənlər var!..”
Bu, qucağında südəmər körpəsi olan gənc bir gəlinin Vətən müharibəsində vuruşan ərinə yazdığı sətirlərdir, sosial şəbəkədə rast gəlmişdim, göz yaşımın dumanında oxumuşdum və həm də fəxr eləmişdim! Düşünürəm, cəbhədə odun-alovun içində olan ərinə bu mesajı göndərən gəlin(lər)in nə qədər payı var QƏLƏBƏmizdə!.. Bəs “Səni Vətən üçün böyütmüşəm, indi Vətən səni gözləyir” deyə, hətta ölümünü belə gözə alaraq oğlunu dualarla müharibəyə yola salan ana(lar)nın?.. Yaxud, murdar düşmənlə üz-üzə vuruşan nəvəsinə “Canavarsan ey, canavar göndərmişəm, canavar kimi ye onları...” deyə aləmə səs salan nənə(lər)nin?..
Bu gəlinlər, bu analar, bu nənələr bir deyil, beş deyil, məmləkətin dörd bir yanındadır! O analar ki, Azərbaycan tarixinin ən böyük Zəfəri, məhz onların böyütdüyü oğulların qəhrəmanlığının bəhrəsidir!..
Qələbəmiz itkisiz olmadı – ŞƏHİDlər verdik, bu, müharibədir. Amma Azərbaycan qadınının o mətinliyini, o təmkinini, o böyüklüyünü Şəhidlərini qarşılayanda da gördük! Mən günü bu gün də hər gün xatırlayıram, yada salıram onları...
Biz müqəddəs Vətən müharibəsində oğlunun tabutuna girən, bu “ağrılı görkəmi” ilə də düşmənin sinəsinə dağ çəkən Ana gördük! Anadakı ürəyə bax, param-parçadır, amma övladının tabutunu daşıyır! Çünki yaxşı bilirdi ki, canından, qanından qopan bu parçanı Vətən, bayraq, torpaq adına qurban verib! İndi də başına alıb Vətən torpağına əmanət aparır! Çünki yaxşı bilirdi ki, o, gülləyə tuş gələn yerdə Günəş doğub! O, yıxıldığı yerdə ucalıb! O, ucaldığı yerdə düşməni alçaldıb, diz çökdürüb, yurdunu ayağa qaldırıb, bir xalqın, bir millətin qamətini dikəldib, qürurunu özünə qaytarıb! Budur Azərbaycan qadını! Böyütdüyü oğuldan bəllidir kimliyi!.. Vətən üçün ölümün, sonun üstünə kişi kimi getmək! Bu, artıq əfsanə kimi bir sevgidi! Adi sevgi deyil Vətəni bunca sevmək – bu, artıq ruhla bağlı məsələdi! Vətəni ruhları ilə sevənləri sən yetişdirdin, Azərbaycan qadını...
Şəhid anası olmaq asan deyil! “Oğul” deməkdən dodaqları torpaq susuzluqdan cadar-cadar olan kimidir. Amma əgər o dodaqlar “Vətən sağ olsun!” deyə pıçıldayırsa, demək, bu qadın bu millətin baş tacıdır! Bu millətin ən böyük susuzluğunu, məhz onun böyütdüyü oğul yatırıb. Xalqın mübarizlik, əyilməzlik və məğrurluq rəmzinə dönən igid bu qadının tərbiyəsini görüb, onun laylası ilə sevib ikinci anasını – Vətəni...
Bir əsgərin söhbətini ölüncə unuda bilmərəm. Bilirsinizmi, şəhid oğlunun tabutunu gətirən əsgərə ananın ilk sualı nə olub? “Şuşaya nə vaxt girirsiniz?..” Bu ananın oğlu qəhrəman olmalıydı, başqa cür mümkün deyil! Şuşaya caynaqları ilə yol açan oğulları, məhz bu analar gətirib dünyaya! Onların qarşısında diz çökməyə dəyər!..
Biz müqəddəs Vətən müharibəsində ərinin tabutunu daşıyan, sınmayan, əyilməyən cavan gəlini gördük! “Bu, mənim son borcum idi” deyən gəlini! Yox, bu, sadəcə borc deyil, bu, igid əri ilə duyduğu qürur idi! Əri qəhrəmanlığı ilə düşmənə meydan oxumuşdu, o isə məğrur davranışı ilə düşmənə qeyrət dərsi keçirdi! Budur Azərbaycan qadını!..
Biz Vətən müharibəsində yeganə oğlunu itirən, “Şəhadətin mübarək olsun, oğul!” deyən şəhid anasının mətanəti qarşısında susduq. Biz onun ayağına getdik, qarşısında baş əydik, əllərini öpüb gözümüzün üstünə qoyduq! Pafoslu görünməsin!.. O əllər ki, gül kimi oğul böyütmüşdü sevə-sevə, xəyallar qura-qura!.. O əllər ki, arxasınca su atıb göndərmişdi Vətən müharibəsinə!.. Xeyir-dua verib yollamışdı od-alovun içinə!.. Və o əllər ki, igid oğlunun tabutunu qucaqlamışdı, ciyərparasını torpağa vermişdi!.. Biz ona təsəlli vermək istərkən isə böyüklüyü qarşısında utanmışdıq, deməyə söz tapmamışdıq. Çünki dərdinə şərik olanlara, tanıyıb-tanımadığı ziyarətçilərinə “Ağlamayın, mənim balam Qəhrəmandır!” demişdi bu qadın. Bəli, ömrünün ən ağır anlarını bu cür ləyaqətlə qarşıladı Azərbaycan qadını!..
Şəhid bacısı olmaq. Bu da İblisin, şeytanın, şərin, alçaq düşmənin gətirdiyi ağrıdır. Amma bu ağrı nə qədər acı olsa da, onlar qapqara dərdin içindən ağappaq çıxan qardaşları ilə öyünəcəklər bir ömür boyu. Şəhadətləri ilə qürur duyacaqlar! Şəhid generalımız Polad Həşimovun bacısının sözlərini xatırlayıram: “Polad bizim deyil, Azərbaycanın Poladıdır. O, hamımızın Poladıdır. Başımız sağ olsun, Azərbaycanımız sağ olsun!..” Belə bir müraciət də ancaq Azərbaycan qadınına bu qədər yaraşar. Bu qüruru ona yaraşdıran da Vətən sevgisidir. Baxın, bircə umacaqları var: qardaşlarının qanı tökülən torpaqlara bir də düşmən ayağı dəyməsin!..
Bəli, heç nəyi gözə almadan Vətən üçün savaşa atılan, cəngavər kimi vuruşan, 44 payız günündə öz baharlarını qurban verən igidlər, tarix yazanlar hər birimizin əzizidir. Şəhidlər hər birimizin canından qopan parçalardır. Bu “parçalar” topaqlarımızı addım-addım özümüzə qaytardı, Azərbaycanı bütövləşdirdi! Boynubükük bənövşə idik, Xarı bülbül kimi dikəldik!.. Onlar hər birimizin şərəfini qorudu. Buna görə də “geri döndüklərində” onları təkcə doğmaları yox, xalq qarşıladı, xalq əzizlədi! Bayrağa bükülmüş tabutlarını son mənzilə xalq çiynində daşıdı. Şəhid bir ailənin deyildi, bütün Azərbaycanın idi, bütün ailələrin idi!..
Mən Şəhid analarını qürurlu gördüm. Bu dəyanət, bu təmkin və səbrin özü də qəhrəmanlığa bərabərdir, məncə. Oğul dərdinə bürünüb gəzən, amma şax gəzən, sınmayan Azərbaycan qadını – Şəhid anaları! Vətən müharibəsinə “pay”ınız o qədər böyük ki! Övladlarınız kimi sizin də hər zaman alnınız açıq, xatiriniz əziz, məqamınız uca olacaq bu xalqın, bu millətin qarşısında! Biz sizə borclu olduğumuzu heç zaman unutmayacağıq! Çünki siz elə igidlər böyütdünüz ki...
Paylaş:
Müəllif : Fuad
Tarix:31-01-2021, 14:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-01-2021, 14:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39