reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rayonlara istirahətə getmək istəyənlərin NƏZƏRİNƏ! - Şənbə və bazar günləri otellərdə...

reklam

Rayonlara istirahətə getmək istəyənlərin NƏZƏRİNƏ! - Şənbə və bazar günləri otellərdə...


Kənan Quluzadə: “Daxili turizm bərpa olunur, otellər turistləri qəbul etməyə başlayıblar”

Koronavirus pandemiyası səbəbindən rayonlara gediş-gəliş uzun müddət idi ki, mümkün deyildi. Lakin ölkədə COVID-19-a yoluxanların sayının azalması hökuməti bəzi yumşalmalara getməyə məcbur etdi. Beləliklə də yanvar ayının 25-dən bölgələrə gediş-gəlişə icazə verildi.

Bəs görəsən bu qərardan sonra ölkədə yerli turizmdə canlanma müşahidə olunurmu?

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, sərt karantin rejimi yumşaldılandan sonra, daxili turizmdə müəyyən canlanma müşahidə edilir:

“Bu, ilk növbədə Bakıdan regionlara üz tutan insanlarla bağlıdır. Belə ki, son günlər qış turizmi ilə bağlı olan səyahətlər üstünlük təşkil edir. Bu səfərlər əsasən dağ rayonlarına edilir. Otel və turizm şirkətlərindən aldığımız məlumatlara görə, rezervasiya yüksək səviyyədədir. Bir çox otellərdə şənbə -bazar günləri üçün yer tapmaq çox çətindir”.

Kənan Quluzadə deyir ki, bu gün bütün dünyada daxili turizmin bərpası gözlənilir:

“Çünki xarici turizmin bərpası daha qəliz prosesdir. Bunun üçün təkcə bir ölkənin addım atması kifayət deyil. Qlobal səviyyədə addım atılmalı, sərhədkeçmə və sərnişindaşıma sistemi yenidən bərpa edilməlidir. Amma daxili turizm bərpa olunur, otellər turistləri qəbul etməyə başlayıblar. Lakin sərt karantin rejimi qaydaları hələ də qalır. İndi əsas məsələ ondan ibarətdir ki, otellərdə qalan insanlar və personal mütləq şəkildə qaydalara riayət etsinlər. Yəni sosial məsafə gözlənilməli, maska taxılmalı və dezinfeksiya vasitələrindən istifadə olunmalıdır”.

Agentlik rəsmisi onu da əlavə edib ki, həm təmsil etdiyi qurum, həm də digər aidiyyatı orqanlar tərəfindən otellərdə monitorinqlər aparılır:

“Nazirlər Kabinetinin bununla bağlı xüsusi göstərişləri mövcuddur və qaydaları pozanlar cəzalandırılacaq. İndi əsas məsələ yumşalmaları qorumaqdan ibarətdir ki, təkrar qapanmaya zərurət yaranmasın”.

Məlumat üçün qeyd edək ki, 2020-ci ildə ölkə mehmanxanalarında keçirilən gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 999,8 min olub. 2020-ci ildə mehmanxanalarda keçirilmiş gecələmələrin 58,0 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,5 faizi Qusarda, 4,1 faizi Qubada, 3,2 faizi Lənkəranda, 3,1 faizi Naftalanda, 2,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,9 faizi Şabranda, 1,2 faizi Mingəçevirdə, hər birində 0,9 faiz olmaqla Gəncə, Xaçmaz, Qax və Şamaxıda, hər birində 0,7 faiz olmaqla Masallı və Zaqatalada, 5,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Eyni zamanda 2020-ci ildə mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat olub.


Paylaş:


Müəllif : Tarix:
3-02-2021, 17:37
Sikayət   


loading...
Загрузка...