reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sosial xidmətlərlə bağlı yeni elektron idarəetmə sistemi yaradılır

reklam

Sosial xidmətlərlə bağlı yeni elektron idarəetmə sistemi yaradılır



Əhalinin həssas qruplarına göstərilən sosial xidmətlərlə bağlı müasir əsasda idarəetmə forması kimi “Elektron keys menecment” sisteminin hazırlanması işləri artıq yekunlaşır.

E-sistem Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlığı müstəvisində yaradılır.

Tezliklə hazır olacaq e-sistem Nazirliyin mərkəzləşmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya olunaraq, MEİS-in altsistemi kimi fəaliyyət göstərəcək. Məqsəd sosial xidmətlərin çevik və müasir iş prinsipləri əsasında idarə olunması mexanizmini formalaşdırmaq, bu xidmətlərin operativliyini, keyfiyyət və əlçatanlığını daha da artırmaqdır.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və sosial xidmətçiləri gündəlik fəaliyyətləri, çətin həyat şəraitində olan ailələrlə, şəxslərlə görüşləri və onlara göstərdikləri xidmətləri barədə bütün məlumatları, fəaliyyət planlarını e-sistemə daxil edəcəklər. Bu məlumatlar, həmin ailə və şəxslərə göstərilən xidmət və onların problemlərinin həlli prosesi vahid sistemdə Agentlik tərəfindən daimi müşahidə olunacaq.

Bu cür ardıcıl nəzarət sistemi sosial xidmətlərin çevik və məqsədyönlü idarə olunması, yarana biləcək problemlərin daha obyektiv və operativ araşdırılması və həlli imkanı yaradacaq.


Paylaş:


Müəllif : Tarix:
6-02-2021, 13:17
Sikayət   


loading...
Загрузка...