reklam
Regionxeberlericom.az » Cəmiyyət » Düzgün qidalanma, ilk növbədə, orqanizmin immunitetinin möhkəmlənməsinə səbəb olur

reklam

Düzgün qidalanma, ilk növbədə, orqanizmin immunitetinin möhkəmlənməsinə səbəb olur


İnfeksion xəstəlik olan COVID-19-un bütün dünyada yayıldığı və 2 milyondan çox insanın ölümünə səbəb olduğu bir vaxtda, bütün tibbi təşkilatlar böyük və ya kiçikliyindən asılı olmayaraq bu xəstəliyin aradan qaldırılması üçün bu işə öz töhfəsini verməlidir. İnfeksion xəstəliklərlə mübarizənin ümumiyyətlə bir neçə yolu var. Bunlardan biri və demək olar ki, ən əsası bu istiqamətdə maarifləndirmə işinin aparılmasıdır. İnsanların tibbi maarifləndirmə vasitəsilə savadlanması onların infeksion xəstəliklərə daha çox yoluxmasının qarşısını əhəmiyyətli dərəcədə alır. Maarifləndirmə təcrübədə sınanmış və özünü doğrultmuş vasitədir.

RegionXəbərləri.com
bildirir ki, bunu AZƏRTAC-a "Yoluxucu Xəstəliklərlə Mübarizə" İctimai Birliyinin sədri Fikrət Xəlilov deyib. İnfeksiyadan qorunmaq üçün ən başlıca şərtin immuniteti gücləndirmək olduğunu deyən F.Xəlilov, Tibet həkimlərinin "Dörd tərəfimiz dərmandan ibarətdir" fikrini xatırladıb. "Bu, həqiqətən də, belədir. Mən öz təcrübəmdə elə insanlar tanıyıram ki, onlar heç vaxt qripə və bu tip xəstəliklərə qətiyyən yoluxmurlar. Bunun da, əlbəttə, əsaslı səbəbi var. Tibdə həmişə nəzəriyyə ilə praktika bir-birini tamamlamalıdır. Əgər tamamlamırsa, demək, bu nəzəriyyənin heç bir əhəmiyyəti yoxdur. Beləliklə, bu praktikadan çıxış edərək bildiririk ki, gündə bir baş çiy soğan, yaxud bir ədəd limon (qabıqlı halda) və ya bir xörək qaşığı qara qarağat, ya da bir xörək qaşığı bal yeyən adamlar, demək olar, infeksion xəstəliklərə tutulmurlar. Fikrimizcə, praktikada sübut olunmuş bu kimi üsulların qəbul edilməsinin xeyri haqqında ölkə əhalisi arasında geniş maarifləndirmə işləri aparılmalıdır. Hesab edirik ki, koronavirusa qarşı da gücümüz çatan bütün imkanlardan yararlanmaq lazımdır. İnsan adətən xəstələndikdən sonra bundan qurtulmaq haqqında fikirləşir. Lakin xəstəliyə tutulmazdan qabaq cansağlığı onu çox da maraqlandırmır. Bunun barəsində isə indiki zamanda düşünməyə dəyər. Axı, dünyada cansağlığından qiymətli nə var?! Bunun üçün isə düzgün qidalanma başlıca şərtdir. Düzgün qidalanma, ilk növbədə, orqanizmin immunitetinin möhkəmlənməsinə səbəb olur ki, bu da xəstələnmə hallarını kəskin surətdə azaldır. İmmuniteti möhkəm olan insanlarda infeksion xəstəliklərə yoluxma halları, demək olar, müşahidə olunmur. Bunun üçün müəyyən məhsulların qəbulu vacibdir. Həmin məhsulların tərkibində bizim əksəriyyətimizin bilmədiyi müəyyən maddələr var ki, bunlar da orqanizmi müəyyən infeksion xəstəliklərdən qoruyur. Bu hal-hazırda çox lazımlı məsələdir və bu istiqamətdə bir qayda olaraq maarifləndirmə işləri aparılmalıdır", - deyə "Yoluxucu Xəstəliklərlə Mübarizə" İctimai Birliyinin sədri Fikrət Xəlilov bildirib.


Paylaş:


Müəllif : Tarix:
9-02-2021, 00:10
Sikayət   


loading...
Загрузка...