“Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir” - TƏLƏB
Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsindən sonra separatçı rejimin Qarabağda qalan tör-töküntüləri özlərini sübut etmək cəhdi ilə ərazilərimizdə bəzi qanunsuz işlər həyata keçirməyə cəhd edir. Belə ki, Xocalı rayonunun “Ovsepavan” adlandırılmış Daşbulaq kəndində ermənilər üçün taxta evlər quraşdırılmağa başlayıb. Bu is təbii olaraq Azərbaycan cəmiyyətində böyük narahatlığa səbəb olub.
Maraqlıdır, ermənilərin bu qanunsuzluqları nə qədər davam edəcək?
Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Yenisabah.az-a açıqlamasında qeyd edib ki, bu məsələdə birbaşa Rusiya sülhməramlıları, Rusiyanın özü günahkardır:
“Çünki üçtərəfli müqavilənin bir tərəfi də Rusiyadır. Erməniyə qalsa, erməni fantaziyasının hüdudları genişdir. Onlar azərbaycanlıları qıcıqlandırmaq üçün hər cür addıma əl atacaqlar . Acından ölsələr də, belə provakasiyalar törədəcəklər. Mənə elə gəlir ki, artıq səbr tükənmək üzrədir. Xocalı, Xocavənd azərbaycanlıların yaşadığı ərazilərdir. Burada ermənilərin yerləşməsinə izin verməmək lazımdır. Rusiyaya xəbərdarlıq edilməlidir. Əgər oradan bir nəticə çıxmasa, məsələnin həllini Azərbaycan Ordusuna tapşırmaq vacibdir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-02-2021, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-02-2021, 12:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35