reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xankəndidə orduya çağırış başlayıb - “Rusiya çalışır ki…”

reklam

Xankəndidə orduya çağırış başlayıb - “Rusiya çalışır ki…”



Ermənistan mediası “Artsax müdafiə ordusuna əsgərlər üçün yeni çağırış başlayıb” başlıqlı yazılar dərc etməyə başlayıb. Hətta Xankəndi Hərbi Komissarlığı önündə çəkildiyi iddia edilən şəkillər paylaşılıb.

“Artsax müdafiə ordusu” qalıbmı? Bu çağırışçılar harada xidmət göstərəcək?

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu dəhliz məsələsi ilə bağlıdır. Onun sözlərinə görə, bütövlükdə Zəngəzurdan dəhlizin açılmasına qədər, Rusiya ilə Türkiyə arasında münasibətlərin dəqiqləşdirilməsi prosesi davam edəcək.

“Bu konteksdə daha öncə nəzarət üzrə birgə mərkəz təsis edilib. Türkiyə və Rusiya nümayəndələri orada birgə nəzarət həyata keçirirlər. Bütün bunlar onunla əlaqədardır ki, çox qlobal, böyük bir layihə var ortada. Türkiyədən başlayan yol gəlib keçməlidir türkdilli dünyaya. Hətta bu yoldan cənubda İran da faydalanacaq və Pekinə qədər uzanacaq. Bu yol üzərində əsas ölkələrdən biri Azərbaycan və Türkiyədir. Bu qələbənin iqtisadi və siyasi nəticələrindən biri də həmin bölgədə birbaşa dəhlizin açılması ilə bağlıdır. O dəhliz əhəmiyyətinə görə, Qarabağda baş verən qarşıdurmadan daha üstündür. Çünki bu qlobal səciyyə daşıyır. Belə bir dəhlizi reallaşdırmaq üçün maneə olan səbəblərdən də biri Dağlıq Qarabaq və ətraf ərazilərin işğalda olması idi. Bunlar öz əksini tapdı və azad edildi”.

Əziz Əlibəyli vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasından sonra bölgədə vəziyyət tamamilə dəyişəcək: “İndi əhali orada vahid, kompakt şəkildə qalıb. Rusiya güzəşt əldə etmək üçün müəyyən dərəcədə onların da varlığından yararlanmağa çalışır. Bundan zaman-zaman təzyiq məqsədilə istifadə edir. Biz orada çox məsələlərin şahidi ola bilərik. “Artsax” adı altında yenidənqurma, iki mindən artıq qüvvənin orada olması, müxtəlif “hökümətlər”in özünü müəyyən etməsi, müxtəlif vəzifəli şəxslərin meydana çıxması və s. bu kimi məsələlər hamısı sadəcə, təxribat məqsədi daşıyır. Rusiya çalışır ki, daha artıq güzəştlər əldə etsin. Çünki, Zəngəzur dəhlizinin açılmasından sonra bölgədə vəziyyət tamamilə dəyişəcək. Bizim orada müttəfiqlərimiz var. Türkiyə, Böyük Birtaniya bizim müttəfiqimizdir. Qarabağla bağlı məsələ də, həmin o, konteksdə həllini tapacaq. Nə onların höküməti qalacaq, nə də indi o adlandırdıqları ordu. Çünki vahid iqtisadi məkan, yollar və s. bunlar hamısı qazanc və dividendlərdir ki, hətta bu istiqamətdə Paşinyan kimi adamları da öz yanımızda görəcəyik. Ona görə də, bu məsələlərə oyunun bir parçası kimi baxmaq lazımdır. Bundan hansı formadasa, ehtiyatlanmağa ehtiyac yoxdur”,- deyə bildirib.


Paylaş:


Müəllif : Tarix:
15-02-2021, 20:11
Sikayət   


loading...
Загрузка...