reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda sənədsiz evlər nə vaxt sənədləşdiriləcək? - RƏSMİ CAVAB

reklam

Bakıda sənədsiz evlər nə vaxt sənədləşdiriləcək? - RƏSMİ CAVAB



Bakıda sənədsiz evlərin sənədləşdirilməsilə bağlı ölkə rəhbərinin tapşırığından 10 il keçir.

2011-ci ilin martında Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib.

2015-ci il yanvarın 13-də isə sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.

Ötən il də bu problem yenidən gündəmə gəldi. Prezident İlham Əliyev müvafiq qurumlara tapşırıq verdi, bələdiyyələr bəzi yerlərdə sənədsiz evlərin qeydiyyatını apardı.

Lakin pandemiya, ardınca da Vətən Müharibəsi “sənədsiz evlər” problemini yenə yaddan çıxardı.

Əslində bu, cəmiyyət üçün cox ciddi problemdir. Çünki 500 mindən çox sənədsiz ev var. Hər evdə də orta statistik göstərici ilə 4 nəfərdən ibarət ailə yaşayır, yəni 2 milyondan çox insan yaşadığı ünvanda qeydiyyatda deyil.

Bu vətəndaşlar Bakı şəhərində və ətraf qəsəbələrdə yaşasalar da, qeydiyyatları ya rayondadır, yaxud da heç bir yerdə qeydiyyatda deyillər. Bu isə vətəndaşlara, eyni zamanda dövlət qurumlarına ciddi problem yaradır, ancaq problem həll edilmir.


Paylaş:


Müəllif : Tarix:
15-02-2021, 20:13
Sikayət   


loading...
Загрузка...