Metro nə zaman açılacaq?
Ötən ilin axırında Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması ilə bağlı respublika ərazisində elan olunmuş sərtləşdirilmiş karantin rejimi yanvarın 18-də mərhələli şəkildə yumşalmağa başladı. Bütün bunlar nəqliyyatda sıxlığın artmasına gətirib çıxarıb ki, bu da öz növbəsində COVİD-19-un artmasına səbəb olur.
«Uşağımı məktəbə metro ilə aparırdım. İndi metro işləmir və metro ilə 15 dəqiqəlik yol indi ən yaxşı halda 50 dəqiqə çəkir. Hərdən avtobus o qədər dolu olur ki, minmək olmur. Məcbur olub növbəti avtobusu gözləyirik. O da 15-20 dəqiqəlik intervalla işləyir. Nəticədə camaat məktəbə, işə gecikir», - Bakı sakini Gülzar Ağayeva deyib.
Yoluxmaqdan ehtiyat edən qadın taksidən istifadə edir və bu, ailə büdcəsinə ziyan vurur.
«Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Turan-a bildirib ki, metronun açılması ilə bağlı hələ ki heç bir məlumat yoxdur. «Bu məsələ Operativ Qərargahın səlahiyyətindədir. Bizə hələ ki hansısa bir qərar daxil olmayıb», - o deyib.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasından deputat Məlahət İbrahimqızı hesab edir ki, dayanacaqlarda böyük insan sıxlığın olması yoluxmaların sayının artmasına gətirib çıxara bilər.
M.İbrahimqızı restoranlarda maska rejiminə əməl edilməməsindən şikayətlənib.
Tibbi elmləri doktoru Adil Qeybullanın fikrincə, metro koronavirusun yayılması ilə bağlı ən təhlükəli nəqliyyatdır. «Yəni, burada birdən- birə yüzlərlə insan təmasda ola bilir. Bu baxımından metronun açılması bir az sonraya qalıb. Epidemioloji vəziyyətin nisbətən görünən tərəfi, yəni statistikanın aşağı düşməsi hələ heç nə demək deyil», - o hesab edir. “Pandemiyası özünü qeyri-adi apardı və krizis proqnozlar özünü doğrultmadı. Bu baxımdan çox ehtiyatlı olmalıyıq. Yumşaltmalar mərhələli olmalıdır», - o deyib.
Öz növbəsində Bakı Nəqliyyat Agentliyindən Turan-a bildirilib ki, gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi, eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür. Avtobusların gecikməsinin səbəbi isə əksər küçə və prospektlərdə avtobuslar üçün zolaqların olmamasıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2021, 08:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-02-2021, 08:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35