reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Şagird hicab geyinərək məktəbə gələ bilməz” – Təhsil eksperti mövcud qaydaları şərh etdi

reklam

“Şagird hicab geyinərək məktəbə gələ bilməz” – Təhsil eksperti mövcud qaydaları şərh etdi


Ötən gün sosial şəbəkələrdə məktəb direktorunun şagirdin hicabını çıxarıb atması ilə bağlı görüntülər ciddi müzakirələrə səbəb olub. Bildirilib ki, məktəb direktoru təhsil müəssisəsinə baş örtüyü ilə gələn şagirdləri geri qaytarır.

Bu da öz növbəsində sual yaradır: Məktəbə hicabda gəlməklə bağlı hər hansı qadağa mövcuddurmu?

Mövzu ilə bağlı bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, şagird öz istəyinə uyğun olaraq, hicab geyinərək məktəbə gələ bilməz. Təhsil eksperti bunun üçün əvvəlcədən müəyyən addımların atılmalı olduğunu deyib:

"Orta ümumtəhsil məktəblərinin geyim normaları yeni qanunvericilik aktlarına görə Təhsil Nazirliyi, yaxud yerli təhsil orqanları tərəfindən müəyyənləşdirilir. Burda bir neçə vacib məqam var. Orta ümumtəhsil məktəblərinin şagirdləri istədiyi geyimdə təhsil müəssisəninə daxil ola bilməzlər. Geyim və baş örtüyü qanunvericiliyə görə məktəbli formasına uyğunlaşdırılmalıdır. İstər 2009-cu il, istərsə də 2011-ci ildə və yeni qəbul olunmuş təhsil haqqında qanunlara görə təhsil müəssisələrində iştirak məktəbli formaları ilə təmin edilməlidir”.

Ekspert baş örtüyünün və ya digər geyim növlərinin qadağan olunmadığını desə də, bunun qaydalara uyğunlaşdırılmalı olduğunu bildirib:

"Mahiyyət ondan ibarətdir ki, şagird məktəbli papağından da istifadə edə bilər. Əgər qanunvericilikdə hansısa hal nəzərdə tutulmursa bu "qadağan olunur" demək deyil. Bu baxımdan şagirdlərimiz əvvəlcədən geyimlə bağlı təkliflərini məktəbin pedoqoji şurasına təqdim etməlidirlər və müvafiq qurumlarda müzakirələr aparılmalıdır.

Azərbaycanda qanunvericilik aktlarına görə hicabdan, papaqdan istifadədə qadağa yoxdur. Burada bir məsələ var ki, şagirdlər buna əsaslanıb bilərzik, üzük kimi aksessualardan istifadə edə bilməzlər. Əsas fakt ondan obarətdir ki, şagird və müəllimlər geyimləri ilə dərsin gedişinə mane olmasınlar, diqqət yayındırmasınlar".


Paylaş:


Müəllif : Tarix:
17-02-2021, 15:25
Sikayət   


loading...
Загрузка...