reklam
Regionxeberlericom.az » Cəmiyyət » Övladını dərsə göndərməyən valideynlər var: - “Deyirlər ki, immuniteti zəifdir

reklam

Övladını dərsə göndərməyən valideynlər var: - “Deyirlər ki, immuniteti zəifdir


Fevralın 15-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonundakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla bərpa olunub.

Həmçinin xüsusi məktəblər (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla tədrisini davam etdirir.

Qeyd edək ki, fevralın 1-dən ölkəmizdə ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. Şagirdlərin əyani dərslərdə iştirak edib-etməməsinə dair seçim valideynlərin öhdəsinə buraxılıb.

Maraqlıdır ki, imtina ərizəsi yazan valideynlərin sayı çoxluq təşkil edirmi?

Bununla bağlı Cebhe.info bir neçə məktəblə əlaqə saxlayıb.

83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova saytımıza açıqlamasında bildirib ki, davamiyyət yaxşıdır: "Bilirsiniz ki, ibtidai siniflərdə 1 fevraldan etibarən dərslərə başlamışıq. Demək olar ki, hər bir valideyn övladını məktəbə göndərir, heç bir problem yoxdur. Davamiyyət 90 faizdən çoxdur. Yuxarı siniflərdə də 3 gündür ki, tədrisə başlanılıb. Yenə burada da biz davamiyyətin normal olduğunu görürük. “İltizam forması-2” yazan valideynlərin sayı çox azdır. Onlar da övladlarında immunitet zəifliyi müşahidə edən valideynlərdir. Yuxarı siniflərdə də davamiyyəti 85-90 faiz üzərindədir".

205 nömrəli tam orta məktəbin direktoru Xoşqədəm Bağırova isə qeyd edib ki, hələ ki, 5-9-cu siniflərdə problem yoxdur: "İltizam məktubunu yalnız 1-2 valideyn yazıb və biz bu hala sevinirik. Yuxarı siniflər gigiyenik qaydalara daha çox əməl edir və valideynlər də bundan narahatlıq duymadıqları üçün imtina ərizəsi yazanların sayı da aşağıdır. Onsuz da hər növbədən sonra dezinfeksiya işləri aparılır".

175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevin sözlərinə görə, ibtidai siniflərdə ərizə yazanların sayı daha çoxdur: "5-9-cu siniflərdə 9 nəfər iltizamnamə yazıb. Burada ümumi şagird sayı 548 nəfərdir. İbtidailərdə nisbətən ərizə sayı çoxdur. Ümumi məktəb üzrə 1 393 nəfərdən 38 nəfəri ərizə yazıb. Bu da təxminən 9 faiz deməkdir".

147 nömrəli Texniki-humanitar liseyin direktoru Arif Əsədov deyib ki, lisey üzrə 18 valideyn imtina ərizəsi yazıb: "Ümumilikdə 22 sinfimiz var və onlardan 17-si tədrisə cəlb olunub. 17-də də qaydalara uyğun olaraq, dərslər davam etdirilir. Ümumilikdə lisey üzrə 18 valideyn “iltizam-2”ni imzalayıb. Ümumiyyətlə isə dərsdə iştirak edən şagirdlər ümumi şagirdlərin 90 faizini təşkil edir".


Paylaş:


Müəllif : Tarix:
17-02-2021, 15:26
Sikayət   


loading...
Загрузка...