reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Biabrçılıqdır, tibb işçilərinin əməkhaqqını hələ də verməyiblər” - ETİRAZ

reklam

“Biabrçılıqdır, tibb işçilərinin əməkhaqqını hələ də verməyiblər” - ETİRAZ


Xeyli müddətdir ki, ölkədə vaksinasiya prosesinə start verilib. İlk olaraq səhiyyə işçiləri, onun ardınca 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunub. Bu gündən etibarən isə 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Yenisabah.az-a açıqlamasında bildirib ki, peyvənd edilmədən karantin rejiminin yumşaldılması səhv addımdır:

“Yarımçıq tədbirlər gördüklərinə görə virusla bağlı vəziyyətin haraya getdiyini bilmirik. Çünki əhalinin əksər hissəsi hələ peyvənd edilməyib. Peyvənd edilmədən karantin rejiminin yumşaldılması səhv addımdır. İkinci problem isə odur ki, karantin rejimi yumşalmasına baxmayaraq, ictimai nəqliyyatın əsas hissəsini təşkil edən metro bağlıdır. Bu səbəbdən avtobusda dəhşətli sıxlıq olur. İnsanlar dayanacaqda soyuqdan xəstələnirlər. Avtobusda isə nəinki ara məsafəsi, heç bir santimetr məsafə qorunmur, tıxac şəhəri başına götürüb. Bəzən şəxs mənzil başına 3 saata gedib çatır. Görülənlər tədbir deyil, sadəcə biyabrçılıqdır. Biz problemi deyirik, ancaq bunların qulağı ağır eşidir. Pandemiya ilə işləyən tibb işçilərinin əməkhaqqını hələ də verməyiblər. İşlədəndə tərifləyirlər, həkim və tibb bacısına qəhrəman deyirlər, ancaq işləyəndən sonra maaşı vermirlər. Yanvar ayının məvacibi hələ də verilməyib. Belə olan halda bütün talantlı, qabiliyyətli insanlar baş götürüb gedir. Mənim kimi bir neçə həkim var ki, qalıb mübarizə aparır. Necə olur ki, özləri xidməti avtomobillərdə oturub vaxtında maaşlarını alırlar, amma biz almırıq? Yerdə qalanlar adam deyil? Bu nə tədbirdir? Mən bu gün ikinci doza peyvəndimi etməyə getmişəm, mənə, “Sizdə birinci peyvənddən 28 gün keçməyib, 27 gün keçib”,-deyirlər. Arqumentə baxın, görün, necə absurddur. Sual verirəm ki, 28 gün olanda imunoqlobinlər artacaq? Belə məntiqsiz fikirlər, qaydalar insanları bezdirir. Peyvəndləmə başlayandan 20 gün sonra elan etmişdilər ki, 65 min nəfər peyvənd olunub. Amma sonrakı statistika barədə məlumatım yoxdur”.

Mütəxəssis peyvəndləmənin tempinin çox zəif olduğunu vurğulayıb:

“65 yaşından yuxarı insan 4 rəqəmi yazıb bankomatdan pulunu çıxara bilmir. Bu randevu.gov.its.az saytından necə qeydiyyatdan keçəcək?! Qərarı verəndə məntiqlə vermək lazımdır. Kollektiv immunitetin yaranması üçün təqribən 65-70 faiz insan peyvəndləmədən keçməlidir. Bu templə bizdə proses təxminən 5 il çəkə bilər. 6 aydan sonra əgər bu prosesi yekunlaşdırmasaq, ilk ayda peyvənd vurulanlar təkrar peyvənd olunmalıdır. Çünki kollektiv immunitet formalaşmayacaq. Əhalini əksər hissəsi əhatə olunmayacaq. O da çox ciddi maddi zərərlərə gətirib çıxaracaq. Əgər 65-70 faizə tətbiq olunsa, koronavirusla bağlı bütün karantin rejimi ləğv edilə bilər”.


Paylaş:


Müəllif : Tarix:
17-02-2021, 16:31
Sikayət   


loading...
Загрузка...