Hökumət gizlətsə də, pandemiya üzə çıxartdı: - ”İşsizlərin sayı bəlkə də 20 dəfə artıqdır”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkədə median əməkhaqqının miqdarı ilə bağlı yaydığı ilk açıqlamaya görə, ölkədə median əməkhaqqı 343 manat təşkil edir.
Bu orta əmək haqqının 48 faizinə bərabərdir. Qeyd edək ki, ölkəmizdə orta əməkhaqqı 700 manatdan bir qədər yüksəkdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı statistikasına görə, median və orta məvacib arasında fərq inkişaf etmiş və bir sıra Şərqi Avropa ölkələrində 10-25% arasında dəyişir.
Azərbaycanda bu göstəricinin 2 dəfədən çox olmasının səbəbi nədir?
İqtisadçı Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bir sıra Avropa Birliyi ölkələrində əhalinin məşğulluq siyasətinə fərqli yanaşma mövcuddur:
“Avropa Birliyi ölkələri öz üzərlərinə götürdüyü öhdəliklərə riayət etməli olurlar. Bəzən Avropa ölkələrində təqaüd, müavinət alanlar kateqoriyalar üzrə işləməyənlərdən daha çox gəlir əldə etmiş olur. Avropa işləyənlərin vergi yükləri daha çox olur. Azərbaycanda median əməkhaqqının 343 manat kimi götürülməsi əslində həqiqəti əks etdirmir. Məşğulluq üzrə araşdırmaların nəticəsinə görə, bəzən dövlət orqanlarında çalışan hər kəsi məşğul əhali kateqoriyasına aid edirlər. Enerji sektorunda, hüquq mühafizə orqanlarında yüksək əməkhaqqı alanlar da bu siyahıya daxil edilir. Burda ayda 2000 manat əməkhaqqı alan da, 250 manat alan da götürülür və ortaq bir rəqəm çıxarılır. Əgər median gəlir və əməkhaqqı üzrə bölgü aparılırsa, o zaman orta aylıq əmək haqqı mislində maaş alan vətəndaş kateqoriyası götürülməlidir”.
Razi Abbasbəyli deyir ki, Azərbaycanda median əməkhaqqının hesablanmasında yüksək əmək haqqı alanların da götürülməsi ortaq rəqəmin yüksək olmasına gətirib çıxarır:
“Əgər əhalinin məşğulluğu ilə bağlı reallığı əks etdirən statistika ortaya çıxarmaq istəyiriksə, ilk növbədə əməkhaqqı alanları kateqoriyalara bölərək, hər kateqoriya üzrə orta rəqəm çıxarmalıyıq. Məsələn, 500 manata qədər əməkhaqqı alan məşğul əhali üzrə biz ən yaxşı halda 235 manat ortaq rəqəm çıxara bilərik. 500-1000 manat əməkhaqqı alan az əhali formalaşır. 1000-2000 manat əməkhaqqı alanların sayı isə daha da azalmış olur. Yəni əməkhaqqı yüksəldikcə, bu məbləği alanların sayı azalmış olur. Məşğul əhali arasında ən çox say kateqoriyasına daxil olanlar 250-500 manat alanlardır. Avropa ölkələrində isə əməkhaqqı kateqoriyalarına görə məşğul əhalinin sayından ortaq rəqəm çıxarılır. Bu baxımdan Azərbaycanda real vəziyyətdən daha xoşagələn statistika meydana çıxmış olur. Bununla belə bərbad situatsiya meydana çıxmış olur və Avropadan geriyə qalırıq”.
İqtisadçı bildirir ki, Azərbaycanda məşğul əhalinin ən yaxşı halda 200 min nəfəri 1000-2000 manat əməkhaqqı alanlardır :
“250-500 manat əməkhaqqı alan əhalinin sayı 700 minə yaxındır. Hökumət rəsmi olaraq etiraf etməsə belə, pandemiya dövründə verilən təzminatlarla əlaqədar olaraq rəqəmlər ortaya çıxdı. Həm də məlum oldu ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin ən yaxşı halda 30 faizi işlə təmin edilib. 190 manatlıq yardımların edilməsi üçün 1 milyona yaxın vətəndaş müraciət etmişdi. Pandemiya dövründə çox acınacaqlı bir mənzərə ortaya çıxdı - məlum oldu ki, işsizlərin sayı göstərilənlərdən 10 dəfə, bəlkə də 20 dəfə artıqdır”.
Razi Abbasbəyli bildirir ki, Avropada insanların minimum təlabatlarının ödənilməsi, yoxsul əhalinin aradan qaldırılması ilə bağlı öhdəliklər var:
“Məsələn, 2019-2020-ci illərdə Almaniya və Fransa yoxsul əhalinin tələbatını həyata keçirə bilməyən Yunanıstan və İtaliyanın büdcə kəsirlərini qarşılamağı öz üzərinə götürdü ki, məşğul və qeyri-məşğul əhalinin sosial təminatı həyata keçirilsin. Bu baxımdan da Azərbaycanın məşğulluq siyasəti ilə bağlı açıqladığı rəqəmləri hansı formada Avropa ilə müqayisə etsək, böyük bir uçurum yaranacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-02-2021, 15:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-02-2021, 15:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07