“Əsas istəyim evimi düzəltdirib ailə həyatı qurmaqdır” - Qolunu itirən Qarabağ Qazisi
21 yaşlı Vüsal Mehdiyev Vətən müharibəsi qazisidir. Ağdaş rayonunun Kükəl kəndindən olan qazi müharibənin ilk günündən torpaqlarımızın azadlığı uğrunda şərəflə döyüşüb. Suqovuşan istiqamətində gedən ağır döyüşlərin birində yaralanaraq bir qolunu itirib. O, torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
“Qafqazinfo” qazi ilə həmsöhbət olub, döyüş xatirələrini dinləyib: “Könüllü olaraq ordu sıralarına yazılmışdım və müharibə başlayan gündən yaralanana qədər ön cəbhədə döyüşmüşəm. Suqovuşan, Talışkənd, Ağdərə istiqamətində döyüşlərdə iştirak etmişəm. İlk dəfə döyüşə başlayanda bir az həyəcan var idi. İkinci döyüşümüzdə artıq hamısı yaddan çıxmışdı. Düşünürdük ki, əsl məqamdır, ermənilərə yaxşı bir dərs verək, torpaqlarımızı geri qaytaraq”.
V. Mehdiyev Suqovuşandakı döyüşü belə xatırlayır: “Oktyabrın 1-i döyüşdən çıxmışdıq. Bizə bir az istirahət vermişdilər. Yemək yeyib yenidən döyüşə girəcəkdik ki, mərmi yaxınlığımıza düşdü. Səssiz gəldiyinə görə xəbərimiz olmamışdı, partlayanda xəbər tutduq. Yerə uzanmağa imkan tapmadıq. Bir anlıq hər yer toz-duman oldu. Bir də onu gördüm ki, qolum yoxdur. Yaxınlıqda bir leytenant vardı, gəlib qolumu sıxıb bağladı. Sonra iynə vurdular və Naftalana apardılar, əməliyyat olundum. Sonra isə Gəncə hospitalına köçürdülər”.
Qazi deyir ki, döyüşlərdə yaralanan və şəhid olan hərbçi yoldaşları da olub. Döyüş yoldaşını itirmək nə qədər ağır olsa da, onların qisasını aldıqca təskinlik tapıblar:
“Yanımızda qardaşlarımız yaralandılar, şəhid oldular. Hər dəfə düşməni məhv edəndə düşünürdük ki, onların qanı yerdə qalmadı. Düzdür, istəyərdik ki, Şuşanın qaytarılmasında da iştirak edək, amma qismət olmadı. Yenə də şükürlər olsun ki, biz o rayonları geri qaytardıq”.
Sağ qolu dirsəkdən yuxarı kəsilən qazi bütün sənədlərini toplayaraq əllik təyinatı ilə bağlı müraciət etdiyini deyir. Onun sözlərinə görə, hələ pensiya məbləğini almasa da, ona ikinci qrup əlillik təyin olunub. Qazinin gələcəklə bağlı çoxlu arzuları var. Əsas istəyi isə evini düzəltdirmək və ailə həyatı qurmaqdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-02-2021, 10:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-02-2021, 10:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35