GENERALIN QİSASINI ALMAQ ÜÇÜN ŞUŞAYA QƏDƏR DÖYÜŞ YOLU KEÇDİ - Şəhid mayoru Vüsal Vəliyevin savaş hekayəsi + VİDEO
Vətən savaşı bizə minlərlə igidimizi, qəhrəmanımızı, torpaq uğrunda canından keçən şəhid və qazilərimizi tanıtdı. O qəhrəmanlardan biri də, Vəliyev Vüsal İslam oğludur.
O, 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Şərur rayon Dizə kənd orta məktəbində təhsil alıb. 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu il tarixlərində isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alaraq hərb sənətinin sirlərini öyrənib. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl – Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinəcən yüksəlib.
Bir müddət şəhid generalımız Polad Həşimov onun komandiri olub. Polad Həşimov şəhid olandan sonra Vüsal onun qanını yerdə qoymayacağına söz verib, qisas hissi ilə yaşayıb, döyüşlərə də bu arzu ilə qatılıb.
Mayor Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağdan başlayaraq Şuşanın azadlığı uğrunda gedən döyüşlərədək savaş yolu keçib. Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixində Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Xidmət illərində mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş medal, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı tədqim edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən mayor Vüsal İslam oğlu Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib(musavat.com)
Qeyd edək ki, qəhrəman mayorumuz nişanlı idi.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-02-2021, 23:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-02-2021, 23:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti