Həbs edilən qazi azadlığa buraxıldı

Bir müddət öncə həbs olunan Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun işi ilə bağlı bu gün Bakı Hərbi Məhkəməsində proses keçirilib.
Prosesdə Z.Kazımovla bağlı seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Xatırladaq ki, Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.
Vətən Müharibəsi iştirakçısı Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub. (Report)
Paylaş:
Müəllif : Fuad
Tarix:24-02-2021, 13:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-02-2021, 13:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT