"Yenidən distant təhsilə keçid barədə danışmaq..." - Yoluxma artır, məktəblər bağlanır
Fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub.
Fevralın 15-dən etibarən isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla bərpa olunub. Həmçinin xüsusi məktəblər (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla tədrisini davam etdirir.
Ötən gün isə Təhsil Nazirliyi fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin və məktəblərin sayı açıqlayıb. Belə ki, distant təhsilə keçən siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.
Maraqlıdır ki, məktəblərdə yoluxmanın artması tədrisin yenidən distant formaya keçməsi müzakirəsini aktuallaşdıra bilərmi?
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində şagirdlərin əksəriyyəti məktəb mühitində deyil, kənar məkanlarda virusa yoluxub. Bu səbəbdən də distant təhsilə keçid haqqında danışmaq tezdir:
"Yoluxma artıb deməzdim. Çünki ötən gün verilən statistika 22 günün statistikasdır. Eyni zamanda, yoluxma sayı əyani tədrisə davam edən şagirdlərin 0,3 faizini təşkil edir ki, bu da kifayət qədər aşağı göstəricidir. Ona görə də yenidən distant təhsilə keçid barədə danışmaq düzgün olmazdı. Yoluxanların əksəriyyəti isə məktəbdə yox, evdə, küçədə, yəni başqa məkanlarda yoluxanlardır ki, o da statistikada ümumi verilib".
Paylaş:
Müəllif : Yazar
Tarix:24-02-2021, 15:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-02-2021, 15:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52