“Məmurlar Prezidentin islahat layihəsini boykot edir” - Deputatdan İTTİHAM
Milli Məclisin yaz sessiyası başa çatmaq üzrədir. Ümumi götürdükdə, bu ilin ötən dövründə Milli Məclisin fəaliyyətini qənaətbəxş hesab etmək olar.
Amma bəzi deputatlar, xüsusən də müxalifət təmsilçiləri ötən dövrü bir o qədər də məhsuldar saymırlar.
Reyting.az-a müsahibə verən Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa da parlamentin fəaliyyətini qənaətbəxş hesab etmir:
- Milli Məclisin ötən dövrdəki fəaliyyəti ənənəvi qaydada oldu. Hər hansı ciddi yenilik olmadı. Əvvəlki illərdən fərqli olaraq, bu ilin ötən dövründə Milli Məclisdə dəyişiklik sürəcinə nail olunmadı. Təbii ki, olsaydı, müsbət nəticələr ortaya çıxardı. Amma ümid edək ki, Milli Məclisin növbəti sessiyasında daha mühüm dəyişikliklər olacaq. Məsələn, müxalifət fraksiyasını müəyyən dərəcədə nəzərə almaq, onların müxtəlif məsələlərdə alternativ layihələrlə çıxış imkanlarını düşünmək lazım idi. Bunlar olmayanda məsələlər bir az qəlizləşir. Ona görə də düşünürəm ki, fərqli bil yol izləmək imkanı var idi, amma, təəssüf ki olmadı. Ümid edək ki, bu məsələlərə növbəti sessiyada daha çox diqqət ayrılacaq.
- Ümumiyyətlə, Milli Məclisdə müxalifətçi deputatların təklifləri hansı səviyyədə nəzərə alınır?
- Açığı, bu, o qədər də qaneedici səviyyədə deyil. Çünki elə problemlər mövcuddur ki, onların həlli yolları var. Təəssüf ki, bizdə arzulanan şəkildə məsələlərin həllinə qoşulma, onların həlli prosesində iştirak baş vermir. Bu mənada, qeyd etdiyiniz məsələdə nəzərəalınma yetərli deyil.
- Bəs parlamentdən kənarda necə, deputatın sözünün kəsəri varmı?
- Mən, bu məsələdə deputatların rolunu müsbət qiymətləndirərdim. Çünki mümkün olan hər bir şey edildi. Ümid edək ki, mümkün olanları həyata keçirmək istiqamətində addımlar atılacaq.
- Fazil bəy, Siz həm də sosial şəbəkələrdə aktivsiniz. İşıq və qaza limitlə bağlı məsələ qaldırmağınız, sonradan qaza tətbiq edilən limitlə bağlı məlum qərarın verilməsi sosial şəbəkələrdə müzakirə olundu. O fikirlər də səsləndi ki, Fazil Mustafa hökumətin razılığı ilə hansısa məsələni gündəmə gətirir...
- Hər halda, bunun özü də müsbət bir tendensiyadır. Əks halda, nə baş verməlidir? Məgər hansısa problemin həlli bir nəticə deyilmi?
Digər tərəfdən, biz hökumətin razılığı ilə hansısa məsələni gündəmə gətirmirik. Biz cəmiyyəti narahat edən problemləri görürük, istər mətbuatda, istər sosial şəbəkələrdə, istərsə də Milli Məclisdə dilə gətiririk. İndi hökumət bunu nəzərə alırsa, bu, olduqca müsbət haldır. Hesab edirəm ki, buna ancaq sevinmək lazımdır.
- Əks fikirlər də səslənir ki, deputatlar prinsipial məsələlərdə səslərini çıxartmırlar, çünki növbəti seçkidə mandatdan məhrum ola bilərlər...
- Onda həmin adamlar siyahını versinlər. Biz də baxaq görək, prinsipial məsələlər nədir və həmin siyahıya uyğun fəaliyyətimizi quraq. Yəni, bütün bu fikirlər mənasız və əsassızdır.
Şəxsən mən prinsipial saydığım məsələlər barədə çəkinmədən səhifəmdə yazıram, danışıram, fikirlərimi söyləyirəm. Mənim üçün fərqi yoxdur ki, hökumət nə düşünər, Məclis nə deyər. Mən öz işimi görürəm, buna necə reaksiya veriləcəyi mənə aid məsələ deyil. Mən istəyirəm ki, fəaliyyətimlə cəmiyyətə fayda verim.
- Ümumiyyətlə, Sizin düşüncənizdə parlament formatı necədir?
- Bizim istədiyimiz parlament hamının fikirlərinin nəzərə alındığı bir parlament olmalıdır. Əgər bu olarsa, hamımız üçün müsbət nəticələr ortaya çıxar. Amma indi fraksiya yoxdur. Bundan əlavə, müəyyən alternativlər olmadığına görə, bu məsələdə narahatlıq üçün kifayət qədər ciddi əsaslar var.
- Bir müddət öncə Milli Məclisin idarə olunması, deputatların etik davranış qaydaları və sairlə bağlı dəyişikliklər oldu. Amma bəziləri iddia edir ki, bu dəyişikliklər mütərəqqi deyil. Sizcə, Milli Məclisdə mütərəqqi dəyişikliklər etmək olarmı?
- Kifayət qədər müsbət dəyişikliklər etmək olar. Deputatların etik davranış qaydaları və s. məsələlər əslində elə də ciddi məsələ deyildir. Onu gündəmə gətirməyin əhəmiyyəti yox idi. Amma Milli Məclisin fəaliyyət dairəsinin, deputatların təsir imkanlarının genişlənməsi istiqamətində addımların atılması işin xeyrinə olardı. Çox təəssüf ki, bu istiqamətdə addımlar atılmadı.
- Fazil bəy, bu ilin əvvəlindən başlayaraq, bir sıra sahələrlə bağlı dəyişikliklər edildi. Məhkəmə sahəsində islahatların aparılması ilə bağlı da müvafiq qərar verilib. Görüntü odur ki, Prezident islahat aparmaq niyyətindədir və bu istiqamətdə addımlar atır. Xatırlayıram, 7-8 il öncəki söhbətlərimizdə hakimiyyətdən islahat tələb edirdiniz, bununla bağlı təklifləriniz də var. Hazırda baş verənlər Sizin o vaxt tələb etdiyiniz islahatın reallaşması kimi qəbul edilə bilərmi, yoxsa buna hələ çox var?
- Qismən reallaşır, - demək mümkündür. Son bir ildə Prezidentin atdığı addımlar bunun reallaşdığını göstərir. Ona görə də bu məsələdə məncə, pessimist olmağa dəyməz. Həqiqətən də çox ciddi problemlərin qarşısını almaq mümkün olub.
- Hələlik islahat prosesinə məhkəmələrdən başlanılıb. Sizcə, növbəti mərhələ hansı sahəyə şamil olunmalıdır?
- Məncə, digər sahələr də eyni vaxtda nəzərdə tutulmalıdır. Çünki islahat birtərəfli, sahəvi aparılmamalıdır. Hər hansı problemi həll etmək istəyirsənsə, ona kompleks yanaşmalısan. Bütün sahələrdə problemlər çözülməlidir. Əks halda, islahat prosesi yarımçıq qala bilər. Ona görə də hamılıqla bu prosesə dəstək verməli, təkliflər və ideyalarla çıxış etməliyik ki, vəziyyət müsbətə doğru dəyişsin. Əks halda, ciddi dəyişikliklərə nail olmaq mümkün deyil.
- Vaxtilə Prezident Administrasiyasında İnzibati orqanlarla iş şöbəsinin rəhbəri olmusunuz və bu sahədəki problemləri daha tez duya bilirsiniz. Hazırda bu sahədə vəziyyət necədir?
- Son dövrlər o sahədə də iş görüldüyü hiss olunur. Hesab edirəm ki, bu işi intensivləşdirmək lazımdır. Çünki bu işin hamı üçün faydası var. Ümid edirəm ki, bu istiqamətdə də müəyyən addımların atılmasının şahidi olacağıq.
- Son dövrlər işdən çıxarılan icra başçıları, nazir və digər məmurlarla bağlı qəribə bir tendensiya yaranıb. Deməli, vəzifədə olanda heç kim bir söz demir, elə ki işdən çıxarıldı, hakimiyyətyönlülərdən tutmuş, müstəqillərə kimi hamı əks-kampaniya aparır. Sanki bütün problemlər o məmurdan qaynaqlanırmış...
- Bilirsiniz, idarəetmədə problem var. Bunu çözə bilmədiyimizə görə bu problemlərin öhdəsindən gəlmək olmur. Yəni, idarəetmə doğru qurulmayıb. Hesab edirəm ki, idarəetmə sistemində dəyişiklik etmək lazımdır. Prezident bu istiqamətdə addımlar atmağa başlayıb. Amma məmurlar Prezidentin islahat layihəsini boykot edir. Hətta islahat layihəsinin qarşısını almaq üçün müxtəlif maneələr, problemlər yaradırlar. Amma cəmiyyət islahat layihəsini dəstəkləsə, bütün spektrlər üzrə bu istiqamətdə dəstək addımları atılsa, irəli getmək olar.
- Jurnalist Teymur Kərimov Səhiyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi və bu, sosial mediada geniş müzakirələrə səbəb oldu. Bununla səhiyyə sistemindəki biabırçılıq bir daha gündəmə gətirildi. Səhiyyə sahəsindəki vəziyyətlə bağlı nə deyə bilərsiniz?
- Hər halda, vəziyyət xoşagələn deyil. Ona görə də çalışmalıyıq ki, ciddi islahatlar üçün, xüsusən də səhiyyə sistemində dəyişikliklər üçün ideyalar verək.
Bildiyiniz kimi, tibbi sığorta ilə bağlı qərar verilib. Bu məsələni dərinləşdirmək, problemləri aradan qaldırmaq üçün ciddi addımlar atmaq lazımdır. Əks halda, problemlər daha da ağırlaşacaq.
İndi cəmiyyətin də üzərinə məsuliyyət düşür. Cəmiyyət olaraq, eləcə də bütün siyasi təşkilatlar Prezidentə dəstək verməlidir ki, islahatı dərinləşdirsin, ona mane olan qüvvələri zərərsizləşdirsin. O zaman səhiyyədə də, digər sahələrdə də dəyişiklik mümkündür.
- Bəs burada kadr məsələsi nə dərəcədə rol oynayır?
- Əslində, bu sahədə kadr problemi yoxdur. Ümumi götürsək, kadr problemi hər yerdə var. Amma məsələnin kökündə kadr problemi dayanmır. Təbii ki, kadr da önəmli məsələdir. Amma fərqli müstəvidə. İslahat aparılırsa, öncə islahatın öz kadrlarını tapmaq lazımdır. Əgər doğru çalışmalar olsa, hər hansı problem qalmaz.
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-05-2019, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-05-2019, 09:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20-11-2024, 11:20