reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dəm qazından zəhərlənmə mövsümü… - “Əhali kustar cihazlardan istifadədən çəkinməlidir”

reklam

Dəm qazından zəhərlənmə mövsümü… - “Əhali kustar cihazlardan istifadədən çəkinməlidir”


Fevralın 23-də Bakının Səbail rayonu ərazisində yerləşən fərdi yaşayış evində 5 nəfərin meyiti aşkarlanıb. Bunların 2004-cü il təvəllüdlü Atilla Əliyev, 2003-cü il təvəllüdlü Lətif Əliyev, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyev, 1972-ci il təvəllüdlü Natiq Səfərov və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyev olduqları müəyyənləşdirilib.

İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qış gələr-gəlməz bu kimi hadisələrlə tez-tez rastlaşırıq. Səbəb nədir? Vətəndaşlar təhlükəsizlik tələblərinə riayət edirlərmi?

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov “Press Klub”a açıqlamasında bildirdi ki, əhali qazdan təhlükəsiz istifadə qaydalarını bilmir:

“Mütəxəssislər altı aydan bir cihazları yoxlamalı, təmizləməli, promatik xidmət göstərməlidir. 2016-cı il 29 aprelə qədər bu səlahiyyətlərin hamısı “Azəriqaz“ İstehsalat Birliyində idi. İndi isə “Azəriqaz” sayğaca xidmət edir. Yeraltı və yerüstü qaz kəmərləri də qurumun nəzarəti altındadır. İçəridə isə abonentlər bildiklərini edirlər. Kustar cihazlardan istifadə edilər, onlar isə ilk növbədə qeyri-qənaətcil cihazlardır. Belə cihazlar təhlükəlidir”.

Ekspert qeyd etdi ki, standartlara görə, bütün stasionar cihazlar hamısı metal boru ilə quraşdırılmalıdır:

“Quraşdırıldıqdan sonra yüksək təzyiqlə sıxılmış hava ilə yoxlanılmalıdır. Abonent təlimatlandırılmalı, ondan sonra istifadəyə icazə verilməlidir. Odun və ya kömür peçlərin şəbəkəyə qoşulması isə yolverilməzdir”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov ölkə ərazisində qazın verilişində hər hansı problemin olmadığını söylədi:

“Faktiki olaraq, günü bu gün də planlı hər hansı bir dayandırma yoxdur. Təmir prosesləri müvəqqəti olaraq dayandırılıb. Hansı yerlərdə ki, qaz təchizatını dayandırmadan təmir mümkündür, o yerlərdə təmir işləri gedir. Orda qaz təchizatı dayandırılmır, amma başqa təmir işləri görülür. Bundan əlavə, qəza hadisələri baş verərsə (sızma, sayğacdakı nasazlıq), həmin hallarda qısamüddətli dayandırma ola bilər”.


Paylaş:


Müəllif : Tarix:
27-02-2021, 09:40
Sikayət   


loading...
Загрузка...