reklam
Regionxeberlericom.az » Cəmiyyət » Laçın dəhlizi, Xankəndi, Xocalı, Ağdərə və Xocavəndlə bağlı AÇIQLAMA

reklam

Laçın dəhlizi, Xankəndi, Xocalı, Ağdərə və Xocavəndlə bağlı AÇIQLAMA


Ermənistanda baş verən proseslərdə Rusiya maraqlıdır. Çünki Baş nazir Paşinyanın "İsgəndər” raket sistemlərinin partlamadığı haqda açıqlama verməsi rusları çox ciddi narahat etdi. Ona görə də Paşinyana qulaqburması verməsi düşüncəsi ortaya çıxdı. Məhz bunun məntiqi davamı olaraq dünən Prezident Vladimir Putin Nikol Paşinyana, Xarici İşlər naziri Sergey Lavrov Ara Ayvazyana, Müdafiə naziri Sergey Şoyqu ilə Vqarşak Arutyunyana zəng etmişdi.
Bu sözləri politoloq Cümşüd Nuriyev fevralın 25-də Ermənistanda hərbçilərin hakimiyyəti götürmək cəhdini şərh edərkən bildirib.

Onun fikrincə, əslində Ermənistanda müşahidə olunan proses anlaşılandır: "Ancaq baş verənlər birmənalı Rusiyanın planıdır və ruslar onları cəzalandırmaq istəyir. Düşünürəm ki, ruslar buna nail olacaq, amma Paşinyan da hakimiyyətdən getməyəcək. Çünki indi Paşinyanın hakimiyyətdən getməsi rusların özünə də sərf etmir.

Ermənistanda belə gərgin durumda bizim bəzi nümayəndələrimiz deyirlər ki, Azərbaycan gedib Laçın dəhlizini alsın və s. Belə hallara yol vermək olmaz. Ruslar da bunu arzu edir. Mən əminəm ki, Laçın dəhlizi, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd də sonda bizim olacaq. Odur ki, bu məsələlərdə bir qədər soyuq başla davranmaq faydalıdır”.

Cümşüd Nuriyev əlavə edib ki, əslində Baş nazir Nikol Paşinyanın Ermənistanda hakimiyyətdə qalması bizim üçün sərfəlidir: "Erməni hərbçilər isə sonda geri çəkiləcək. Orada Rusiyanın əsas adamı Baş Qərargah rəisinin birinci müavini Xaçaturyan idi. Onu da Paşinyan işdən çıxardı. Bundan sonra Baş Qərargah rəisi Onik Qasparyan birinci müavini ilə ortaq olduğuna görə bu addımı atdı. Hərbçilər Paşinyana heç nə edə bilməyəcək, əksinə geri çəkilmək məcburiyyətində qalacaqlar. Çünki görürlər ki, Myanmada hərbçilərin hakimiyyəti götürməsini dünya qəbul etmir. Əksinə orada hərbçilər ciddi problemlə qarşılaşıblar. Ermənistanda hərbçilərin hakimiyyəti götürməsi təkcə bu ölkənin imicinə zərbə olmaz, eyni zamanda onun gələcəyinə ciddi problem yarada bilər. Odur ki, bu mübarizədə hərbçilərin qalib gəlməsi ehtimalı yoxdur”. /Teleqraf.com


Paylaş:


Müəllif : Tarix:
27-02-2021, 17:48
Sikayət   


loading...
Загрузка...