reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 28 fevral

reklam

Bürclər- 28 fevral



Qoç - hissiyatınız artır, emosional yaşam anlamları kövrəkləşir. Leda və Pasifenin münasibətləri sizdən yalnız etibar etdiyiniz insanlarla çalışmağınızı tələb edir.Dözümlü, səbrli olun, xırdalıqlara görə sinirlənməyin. Dəyərsiz münasibətləri, illüziyaları keçmişə buraxın, yeni istiqamətdə hərəkətə başlayın.ediyiniz və içdiyinizə daha ciddi diqqət verin.Maliyyə məsələlərində ehtiyatlı olun, bədxərclik etməyin.

Buğa - taleyüklü ola biləcək dəyişikliklər yaşana bilər. Kallisto və Enseladın münasibətləri sizə mühüm olan işlərdən birini yerindən tərpədərək ona təkan verə bilər. Di gəl, təşəbbüs göstərməyə tələsməyin.Əvvəllər diqqətinizdən yayılan məqamları anlayacaqsınız.Real işlərdə yalan, fırıldaq, informasiyanın saxtalaşdırılması, məlumatların itirilməsi istisna deyil.Səhhətinizə xüsusi diqqət verin.Məsləhətlərə, deyilən sözlərə qulaq asın.Axşam saatlarında müalicəvi prosedurlara əl atmaq pis olmaz.

Əkizlər - bu gün heç bir işdə tələsməyin. Qanimed və Titaniya bu gün sizi bəzi mövqelərə yenidən baxmağa vadar edəcək. İllüziyalar darmadağın olacaq. Amma inanın, bunun özü maraqlı prosesə çevrilə bilər.Emosiyalarınıza sərhəd qoymayın. Su ilə ehtiyatlı olun.Spirtli içkilərə qətiyyən yaxın durmayın. Ehtiyac duysanız, mütləq istirahət edin.Hədsiz gərginlikdə keçən vaxt immunitetinizi zəiflədə bilər.

Xərçəng - mühüm və önəmli işlər üçün əlverişsiz gündür. Triton və Haronun münasibətləri sizdən aramla davranmağı, ünsiyyətdə pərişanlıq nümayiş etdirməməyi istəyir. İstəkləriniz, arzularınız və maraqlarınıza fikir verin, vaxt ayırın.Tələsik qərarlar qəbul etməyin, vədlər verməyin. Mühüm münasibətdə yön dəyişməsi mümkündür.Sizi usandıran, uğura doğru hərəkətinizə mane olan nəsnə və insanlardan peşmançılıq çəkmədən qurtulun.Yeni tanışlıqlar arzuolunan deyil.Lakin şəxsi münasibətlər üçün düşərli gündür.

Şir - hiss, həyəcan, hadisələr və gözləntilərlə zəngin bir gün yaşanacaq. Başladığınız işlərin uğurla və məntiqi sonluqla başa çatması üçün maksimum səy göstərin. Lakin Andromeda və Oberon sizə ifrat gözləntilərə qapılmamağı məsləhət bilir.Emosiyalar rasional düşünməyə mane olmasın, vacib məsələlərdən diqqəti yayındırmasın.Maliyyə məsələlərində yanlışlıq, ailə üzvləri ilə münasibətlərdə gərginlik istisna deyil
Emosional narahatlıq kəskinləşsə də, bütün fikirlərinizi əyan etməyin, hisslərinizi cilovlayın.Ümumi işlə məşğul olun, işlərə emosional təkan verin, qərarları təxirə salmayın.Axşam doyunca yemək olar.

Qız - bu gün işlərinizdə nizam və qaydanı qorumağa çalışın. Gərginliyin hiss olunduğu situasiyanı ağırlaşdırmayın. Merkuri və Fobos sizdən kənar müdaxilələrlə təsirlərə uymamağı tələb edir.Faydalı ola biləcək xəbərlərin axışını məhdudlaşdırmayın, bütün ideya və təklifləri diqqətlə qarşılayın.
Tərəfdaşlarla münasibətlərdə böhran yarana bilər. Vəziyyəti gərginləşdirməyin, rəqibləri müttəfiqə çevirməyin yollarını arayın.Şəxsi münasibətlərdə də gərginlik artır. Emosiyaların qarşısını almayın, sevdiyiniz insana hiss və istəklərinizi bildirin.Batinən aydınlığa, zahirən dəstəyə ehtiyacınız var.

Tərəzi - istənilən işdə ehtiyatlı olun. Çalışdığınız və ya çalışmağa hazırlaşdığınız insanları diqqətlə seçin.Mimasın və Haronun münasibətləri münasibətlərdə həssas məqamların batininə varmamağı, kövrək məqamlara toxunmamağı məsləhət bilir.Tənqidi ifrat dərəcədə ciddi və emosional qəbul etməyin.İdman, yaradıcılıq, intellektual məşğuliyyət, təhsil və ya ictimai fəaliyyətdə uğurlar ola bilər.
Farmasevtik preparatlarla ehtiyatlı olun. Narkozdan imtina etdin, spirtli içkilərə əsla yaxın durmayın.

Əqrəb - İo və Fobos işlərinizlə hərəkətlərinizə qarışıqlıq qata bilər. Perspektivləriniz üçün xüsusi önəm kəsb edən sənədləri imzalayanda tələsməyin, yazılanlarla yaxşı tanış olun. Qeyri-standart həll tələb edən işin çözümünü tapacaq, sirr qalan mətləbdən hali olacaqsınız.İstirahət üçün yaxşı tanıdığınız insanlardan ibarət kiçik məclisi seçin.Şəxsi münasibətlərdə nüanslara diqqət verin, heç bir məsələ ilə bağlı təzyiq və ya təkidə əl atmayın.Yaxın bildiyiniz insanla durumu müzakirə edin. Axşam saatlarında yaxşıca dincəlməyi unutmayın.Səhhətinizə fikir verin. Həkim diaqnozu yanlış ola bilər.

Oxatan - bu gün yeniliklərə daha yaxşı bələd olmaq gərəkdir. Pluton və Günəşin münasibətləri ideyalarla məlumatları sizi mühüm məqama yönəldə bilər. Qohumlarla görüş, iş yeri və ya çalışdığınız stildəki dəyişikliklərə təşəbbüslə, şövqlə başlayın.Çoxdan verdiyiniz vədi yerinə yetirin, borcu qaytarın.Merkuri ilə Saturnun münasibətləri sizi illüziyalardan qurtara bilər. Amma yalan və intriqa riski az deyil.Əsəbləriniz tarıma çəkilə bilər. Səhhətinizə diqqətlə yanaşın.

Oğlaq - tələsməyin. Miranda və Arielin münasibətləri göstərir ki, soyuqqanlı və aram davransanız, işlərinizi tam nəzarətdə saxlamaqla yanaşı, diqqətinizi mühüm məsələyə yönəldə biləcək işarələri anlaya bilərsiniz. Qohumlarınız, xüsusilə də ev işləri ilə bağlı məqamlar xüsusi diqqət tələb edir.Kiminsə marağını poza biləcəyiniz məkanda və ya vaxtda emosional davranmayın, tələsik addım atmayın. Bu gün sizi diqqətsizlikdə suçlaya bilərlər.Söhbətlər birmənalı deyil. Yalan istisna deyil.Lakin şəxsi münasibətlərdə səmimiyyət üçün bu gün xüsusi harmoniya günüdür.

Dolça - ətrafınızdakı insanlara təsir imkanlarınız, maqnetizminiz, uğur şanslarınız artır. Venera və Mars bu gün sizə enerjinizdən məntiqli, rasional istifadə etməyi, məramlarınızın düşünülmüş olmasını, ünsiyyətin isə seçkin olmasını tələb edir.
Merkuri və Neptun aldadıla biləcəyiniz situasiyalara düşməməyinizi istəyir.Yalan qurbanı olmayın, intriqalara qatılmayın, şit zarafat və qeybətdən uzaq olun.Bununla yanaşı, tələsmədən düşünsəniz, hansısa mühüm məsələnin yeni anlamına vara bilərsiniz.İnformasiyalar bu gün ənənəvi kanallardan kənar yollarla gəlir.Diqqətli olun.Evdə su və ya elektroenerji ilə bağlı problemlər yarana bilər.

Balıqlar - hissiyatınız bu gün sizi aldada bilər. Ay və Deymosun münasibətləri hadisələri gözləntilərinizlə niyyətlərinizdən tam əks istiqamətində inkişaf etdlirir.Lakin hər şeyə rəğmən cari işlərlə məşğul olun.Yeganə mümkün variantın reallaşmasını təmin etməsəniz və yaxın ətrafınızdakı insanları zorla hansısa işə məcbur etməsəniz, nəticə uğurlu alınacaq.Emosiyalarda, işdə və yeməkdə "artıq yetər" sözünün işlənəcəyi anı bilin.Münaqişələr və stress orqanizmdə, xüsusilə də mədənizdə küt ağrılar yarada bilər.Aldığınız ərzağın keyfiyyətinə fikir verin.Su prosedurlarının xeyri var.


Paylaş:


Müəllif : Tarix:
28-02-2021, 00:07
Sikayət   


loading...
Загрузка...