reklam
Regionxeberlericom.az » Cəmiyyət » Afaq Bəşirqızı: “Pazı pazla çıxararlar”

reklam

Afaq Bəşirqızı: “Pazı pazla çıxararlar”


Xocalı soyqırımının baş tutmasından 29 il keçir. İllər nəinki bizə o hadisələri unutdurur, ürəyimizi soyudur, əksinə, düşmənə nifrətimizi, qəzəbimizi daha da artırır. Xocalıdan ayaqyalın, anasının qucağında çıxan oğullar tank belində Qarabağa geri dönərək torpaqlarını düşməndən xilas etdi. Gözlərində nifrət, ürəklərində vətən sevgisi ilə. Bu illər ərzində yaşadıqlarımızı nə unutduq, nə də unutdurduq. Azərbaycanın tanınan siması, xalq artisti Afaq Bəşirqızı da bizimlə həmfikirdir.

RegionXəbərləri.com xəbər verir ki, "Moderator.az" saytına təəssüratlarını bölüşən sənətkar dəmir yumruq altında həmrəy olmağın və düşmənə meydan oxumağın zamanı gəldiyini qeyd etdi.

“Xocalı faciəsinin yalnız fevralın 25-dən 26-na keçən gecə qeyd etməməliyik. Mən Xocalı faciəsi hər gün qeyd edir, fikrimdə, ürəyimdə o günü yenidən yaşayıram. Balalarıma, nəvələrimə, körpələrimə erməninin bizim düşmənimiz olduğunu hər dəfə xatırladıram. Çünki onların təcrübəsi mənə çox şey öyrətdi. Erməni hər zaman türkü özünə düşmən bilib. Belə ki, onlar övladlarına qorxulu nağıllar danışanda o nağılların qəddar, zalım qəhrəmanı – cinə, divə türk deyiblər.

O nəsil bu ruhda böyüyüb. Məhz buna görə də mən də öz övladlarımı bu ruhda böyütmüşəm. Bu gün küçələrə səpələnmiş ermənirlər məhz həmin o tərbiyə ilə böyüyən nəsildir. Deməli zora zor lazımdır. Pazı pazla çıxararlar. Bu millət nə mədəniyyət, nə etika, nə estetikadan anlayır.

Bizim Qarabağda Mədəniyyət evlərini, məscidlərimizi, muzeylərimizi, şairlərimizin evini dağıdıblar. Əgər onların etikası olsaydı, gözəlliyin nə olduğunu başa düşsəydilər, bu hərəkəti etməzdilər. Bu insanlar gözəllikdən məhrumdurlar”.
Xalq artisti Xocalı faciəsini Xocalıda qeyd etməyi arzuladığını bildirdi:

“Elə hesab edirdim ki, soyqırımın 29-cu ildönümünü Xocalıda qeyd edəcəyik. Bizdən asılı olmayan səbəblərə görə bu, baş tutmadı. Ancaq ümidimizi itirməməliyik. Belə olduqda özümüzdən şübhələnməməli, özümüz haqqında düz olmayan fikirləri ictimaiyətə yürütməməliyik. Bir şeyi dərk etməli, başa düşməliyik ki, biz erməni ilə vuruşmuruq. Erməni bizim qarşımızda heç kimdir. Erməni gözəl bəslənmiş itdir. Onun sahibi ona hür deyəndə adamı parçalayır.

Biz belə düşmənlə vuruşuruq. Ermənilər bizim təqvimimizə qanlı-qadalı matəm günləri salıblar. Biz isə bu məqamda möhkəm olmalı, o dəmir yumruğu açılmağa qoymamalıyıq. Özümüz özümüzü məhv etməməliyik.

Özümüzə inanaq ki, qalib gələk. Onda ürəklə deyəcəyəm ki, şəhidlərin qanı, Xocalıların qanı, 20 Yanvar hadisələrində şəhid olan qəhrəmanlarımızın qanı yerdə qalmadı. Onda mən ağız dolusu bu sözü deyə biləcəm. İndi Ali Baş Komandanımızın ətrafında möhkəm birləşmək zamanıdır. Bütün umu -küslülülərinizi unudun, xırdaçılığa getsək, özümüz xırdalanacağıq. Allah xalqıma dövlətimə, Azərbaycanıma kömək olsun. Amin!”.


Paylaş:


Müəllif : Tarix:
28-02-2021, 09:44
Sikayət   


loading...
Загрузка...