reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Instagram”da YENİLİK: canlı yayım iştirakçı sayı artdı

reklam

“Instagram”da YENİLİK: canlı yayım iştirakçı sayı artdı


Instagram əvvəllər 2 nəfərlə məhdudlaşan canlı yayım iştirakçı sayını 4-ə yüksəldən 'Canlı Otaqlar' xüsusiyyətini istifadəyə verib . Lent.az xarici KİV-ə istinadən bildirir ki, yeni xüsusiyyətin bu həftə bütün istifadəçilər üçün əlçatan olması gözlənilir.

Facebookun altında tətbiq təcrübəsini daha da yaxşılaşdırmaq üçün yeni xüsusiyyətlər üzərində çalışmağa davam edir. ABŞ şirkətinin üzərində işlədiyi bu xüsusiyyətlərdən biri də daha çox insanın eyni zamanda canlı yayımda iştirak etməsinə imkan verən “Canlı Otaqlar”dır.

Canlı Otaqlar adlı bu yeni xüsusiyyət sayəsində əvvəllər 2 nəfərlə məhdudlaşan Instagram canlı yayımlarında iştirak edənlərin sayı 4 nəfərə çatacaq. Instagram bu xüsusiyyətin insanları "tok-şou və ya podcast" açmağa və ya digər yaradıcılarla əməkdaşlıq etməyə təşviq edəcəyini söyləyib.

Bundan əlavə “Instagram”ın yeni əlavə xüsusiyyəti insanların yalnız səslə ünsiyyət qura biləcəyi və otaqlarda canlı söhbətlər apara biləcəyi “Clubhouse” ilə oxşarlığı diqqət çəkir.


Paylaş:


Müəllif : Tarix:
2-03-2021, 10:59
Sikayət   


loading...
Загрузка...