“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” - Elmar Vəliyevə nə olub?
Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət verərək, E.Vəliyevin prosesdə iştirak etməsini və bəzi suallara cavab verməsini istəyiblər.
Y.Səfərovun vəkili Bəxtiyar Hacıyevin qaldırdığı E.Vəliyevin dindirilməsi barədə vəsatəti digər vəkillər də müdafiə ediblər.
E.Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov bildirib ki, keçmiş icra başçısının durumu onun məhkəmədə dindirilməsinə imkan vermir.
Hakim Əfqan Hacıyev Türkiyədəki klinikalardan birindən məhkəməyə göndərilmiş həkim rəyini elan edib. Həkim rəyinə əsasən, Elmar Vəliyev deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil. Onun əqli və fiziki durumu buna imkan vermir.
Vəkil Cavad Cavadov sual verib ki, Elmar Vəliyevin əqli və fiziki durumu normal deyilsə, necə olub ki, onu məhkəmədə təmsil edən nümayəndəsinə notarial qaydada etibarnamə verib?
Fəxrəddin Səfərov bu sualı cavablandırmayıb.
Məhkəmə E.Vəliyevin dindirilməsi barədə vəsatəti təmin etməyib.
Prosesdə məhkəmə istintaqının yekunlaşdığını elan olunub. Martın 16-da keçiriləcək növbəti iclasda prokurorun təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-03-2021, 20:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-03-2021, 20:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:46
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 10:47
Nuriyevlərin Sabirabadda seçki sabotajı – Zakir Quliyev bundan sonra da qoyunlarını otaracaq İDDİA
17-01-2025, 14:25
DÖVRİYYƏSİ 10 MANAT OLAN ŞİRKƏTƏ 24 MİLYON DOLLAR NECƏ AYRILIB? - “Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir”
17-01-2025, 11:41