Füzuli aeroportunun binasının bünövrəsinin qazılmasına başlanıb
Füzulidə tikilən beynəlxalq hava limanında uzunluğu 3 km, eni 45 m olan uçuş-enmə zolağı, təyyarələrin dayanması üçün 60 min kvadrat metr sahədə 8 meydança, aerovağzal binası və köməkçi binalar və hava nəqliyyatının tənzimlənməsi üçün qüllənin tikilməsi nəzərdə tutulub.
APA-nın məlumatına görə, bunu “Azərbaycan Hava Yolları”nın (AZAL) nümayəndəsi Valeh Əmiraslanov diplomatik korpus nümayəndələrinin Füzuli, Qubadlı və Laçına etdiyi bugünkü səfər zamanı deyib.
O bildirib ki, artıq uçuş-enmə zolağının torpaq yatağının çıxardılması başa çatıb. Həmin ərazi minalardan təmizlənib, torpağın 4 metr dərinliyinə qədər ərazi skanerlər vasitəsilə yoxlanılıb bu zaman çoxlu mina və partlamamış maddələr aşkar olunub və zərərsizləşdirilib.
“Bunun üçün Britaniyadan alınmış mina zərərsizləşdirici yüksək səviyyəli avadanlıqdan istifadə olunur. Bu mexanizmin idarə olunması üçün beş nəfər azərbaycanlıya təlim keçilib. Onların 2-si təlimi tamamlayıb, 3 nəfərin təlimi davam edir”, - AZAL-ın rəsmisi bildirib.
V. Əmiraslanov onu da qeyd edib ki, hazırda aerovağzal binasının bünövrəsi qazılır. Bütün bu işləri bu ilin payız mövsümünədək tamamlamağı planlaşdırılır. Beynəlxalq səviyyədəqeydiyyatdan keçirilmə işi tamamlanıb: “Beynəlxalq şirkətlərdən aeronaviqasiya sistemlərinin alınması ilə bağlı danışıqlar aparılır, müqavilələr imzalanıb. Avadanlıqların may ayının sonu – iyunun əvvəllərində əraziyə gətirilməsi planlaşdırılır. Hava limanı “Aerobus 380” təyyarəsi istisna olmaqla, çəkisi 400 tona qədər olan təyyarələri qəbul edəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-03-2021, 13:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-03-2021, 13:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:46
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 10:47
Nuriyevlərin Sabirabadda seçki sabotajı – Zakir Quliyev bundan sonra da qoyunlarını otaracaq İDDİA
17-01-2025, 14:25
DÖVRİYYƏSİ 10 MANAT OLAN ŞİRKƏTƏ 24 MİLYON DOLLAR NECƏ AYRILIB? - “Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir”
17-01-2025, 11:41