reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Azərbaycan və Türkiyə ordusu Ermənistana daxil olacaq” - Ovannisyan

reklam

“Azərbaycan və Türkiyə ordusu Ermənistana daxil olacaq” - Ovannisyan


“Qarşımızda bir sual durur: Ermənistanı qoruyub-saxlaya biləcəyik, yoxsa yox?”

Bu barədə Ermənistanın “Alternativ Layihələr Qrupu” ictimai təşkilatının rəhbəri Vahe Ovannisyan “Facebook” səhifəsində yazıb.

Ovannisyan qeydlərinə belə davam edib:

“Əliyevin dünənki bəyanatı (YAP-ın növbədənkənar VII qurultayında- red.) şok oldu: “Ermənistan Zəngəzur dəhlizinin tətbiqinə mane olmağa çalışır, ancaq bacarmayacaq. Biz onları məcbur edəcəyik. Biz bütün arzularımızı həyata keçirəcəyik. Necə ki onları torpaqlarımızdan qovduq”.
Bu, ya Nikolun hər şeyi etiraf edəcəyi, ya da gözəl günlərin birində Azərbaycan-Türkiyə qoşunlarının Ermənistana girəcəyi barədə açıq mətndir.

Düşünürəm ki, bugünkü mitinqin diqqətində bu məsələ olmalıdır. Əgər bugünkü platforma özü vəziyyəti dərk edirsə, onda o, öz iş tərzini və məzmununu kökündən dəyişməlidir. Əgər dərk etmirsə, onda bu mənzərə ilə bağlı heç nə edə bilməyəcək.

Keçmiş prezidentlər bunu başa düşürsə, fikir ayrılıqlarını kəskin və açıq şəkildə həll etməli və ölkənin Nikoldan qurtuluşunu qətiyyətlə elan etməlidirlər. Bu, “prezident məsuliyyəti”nin təzahürüdür.

Əgər bunu Baş Qərargah və Ermənistan ordusu dərk edirsə, “aristokrat” əhvalından çıxmalı, hər hansı bir dövlətin ordusunun ölkənin 100 faiz dağılma təhlükəsi dövründə atmalı olduğu addımları atmalıdır. Armen Sarkisyanın çətin qərarlarını təvazökarlıqla gözləməkdən imtina edilməlidir.

Parlament müxalifəti bu vəziyyəti dərk edirsə, Nikolla zərif görüşləri dayandırmalı və gələcək mandat sayını ən yüksək hədəf kimi qəbul etməməlidir.

İctimai xadimlər bu vəziyyəti dərk edirsə, inanılmaz həyəcan təbili çalmalıdırlar.

Əgər Milli Təhlükəsizlik Xidməti bundan xəbərdardırsa, hərəkətə keçməyin vaxtıdır. Çünki sabah aktyorluq etməyin bir mənası olmayacaq.

Vəziyyətin ciddiliyini, təhlükənin şiddətini kimin nə dərəcədə dərk etdiyini bilmirəm, amma xalq bunu dərk etmir. Bu, o deməkdir ki, bütün ölkədə bir kampaniyaya başlamalıyıq – insanlara izah etməli, onları oyatmalı, ayağa qaldırmalıyıq”.

Ovannisyan Azərbaycan-Türkiyə birliyindən qorxusunu isə belə ifadə edib:

“Türk tərəfi (Türkiyə və Azərbaycan – red.) konkret formulaları və xüsusi xəritələri ilə yaxın gələcəkdə Ermənistanı necə böləcəyini göstərir. Xüsusi hərbi təlimlər keçirirlər.

Ermənistan hökuməti isə meydandakı “uydurma” mitinq və Ermənistan ordusuna qarşı aksiyalar şəklində “hərbi təlimlər” təşkil edir.

Ermənistanın türkləşdirilməsi başladı və sürətlə davam edir – silahla, təbliğatla, iqtisadiyyatla. Daha sonra türk bankları, biznes müəssisələri gələcək. Çox sayda daşınmaz əmlak və torpaq sahəsi əldə edəcəklər. Qanunları dəyişdirməyə məcbur edəcəklər.

Bu güc ya daha əvvəlcədən, ya da bir uğursuzluq nəticəsində türklərə təslim oldu. Hökumət dinc şəraitdə Türkiyə və Azərbaycanla layiqli münasibətlər qurmaq lazım olduğunu düşünə bilmir”. qafqazinfo



Paylaş:


Müəllif : Tarix:
6-03-2021, 22:46
Sikayət   


loading...
Загрузка...