reklam
Regionxeberlericom.az » Cəmiyyət » Zədələnmiş valyutaları bankda dəyişmək qaydası necədir? - İZAH

reklam

Zədələnmiş valyutaları bankda dəyişmək qaydası necədir? - İZAH

“Azərbaycan banklarının xarici ölkələrin zədələnmiş valyutalarını dəyişmək öhdəliyi yoxdur”.

Bunu hüquq müdafiəçisi, iqtisadçı ekspert Əkrəm Həsənov zədələnmiş pulların aqibətindən danışarkən deyib. Ekspert bildirib ki, bunu heç bir bankdan tələb etmək doğru deyil:

“Bankların hətta sağlam pulu da dəyişmək kimi bir öhdəliyi yoxdur. Dollar, avro və s. fərqi yoxdur, zədələnibsə, bank istəsə dəyişər, istəməsə dəyişməz. Əgər vətəndaşlar zədələnmiş xarici valyutaları Azərbaycan banklarında dəyişə bilmirsə, o zaman həmin pulu buraxan ölkənin Mərkəzi Bankına müraciət etməlidir. Amma adətən bizim banklar belə pulları müəyyən komisyon haqq müqabilində dəyişirlər.

Azərbaycan manatına gəlincə isə Əkrəm Həsənov bunun prinsipcə banklarımızın öhdəliyi olduğunu vurğulayıb: “Milli valyutamızın dəyişilməsində prinsipçə problem yoxdur. Bu haqda qanunda müəyyən tələblər var. Pul ya tam olmalıdır, ya da zədələnsə, çırıq hissələrdən ibarət olsa da, üst-üstə gələndə əskinazın 100%-ni təşkil etməlidir. Ya da bütöv əkinazın qalmış hissəsi onun 60%-ni təşkil etməlidr. Bu halda banklar bir qayda onu olaraq dəyişməlidir. Dəyişməsə də, vətəndaşlar Mərkəzi Banka müraciət edə bilər”. Qaynarinfo


Paylaş:


Müəllif : Tarix:
7-03-2021, 12:15
Sikayət   


loading...
Загрузка...