Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidə

Martın 7-də Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş bölgəsinə gəliblər. Onlar 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş ərazidə, Azərbaycanın Barxudarlı kəndi ətrafında demarkasiya tədbirləri həyata keçirirlər.
Eyni zamanda, Azərbaycan hərbçilərinin bu zonaya gəlişi barədə məlumatlar verilir. Bildirilir ki, onlar ermənilərlə müəyyən ərazilərin azad edilməsi üçün danışıqlara başlayıb.
Bu barədə bir neçə erməni KİV və Telegram kanalı Taush bölgəsinin yerli hakimiyyət orqanlarına istinadən məlumatlar yayıb.
Erməni müxalifətçiləri də öz növbəsində Ermənistan hakimiyyətini növbəti dəfə torpaq təslimində və xəyanətdə günahlandırdılar. Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi “Ermənistan ərazilərinin” təslim edilməsinin mümkün olmadığını bildirib.
Əslində bu bəyanat baş verənlərə zidd deyil ki, çünkü bu istiqamətdə ermənilər iki Azərbaycan anklavını işğal ediblər və söhbət burada yerləşən Bağanis Ayrım, Barxudarlı, Sofulu, Yuxarı Əskipar, Aşağı Askipar, Yeyrimli, Qızılhacılı kəndlərindən gedir.
Azərbaycandan Ermənistana (İcevan və Noyemberyana) gedən avtomobil və dəmir yolları bu anklavlardan keçir. Erməni tərəfi Rusiyaya məhz bu yolun, Zəngəzur dəhlizindən deyil, açılmasının vacibliyindən danışır. Bunu nəzərə alaraq, bu yoldan istifadə məsələsinin Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması şərtilə reallaşa biləcəyini güman etmək olar. Eyni zamanda, aydındır ki, , Bakının buna o zaman razılıq verə bilər ki, həm də Zəngəzur dəhlizi açılsın. /Turan
Paylaş:
Müəllif : Fuad
Tarix:8-03-2021, 08:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-03-2021, 08:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT