“Bunkerin içində öldürülən ermənilərin geyimindən, bədən qurluşlarından bilinirdi ki...”
Vətən Müharibəsində iştirakçısı olmuş hərbçi Tofiq Şahmuradov ötən ilin oktyabr ayında Ağdərə istiqamətində gedən döyüşlərdən yazıb:
"Ağdərə istiqamətində ən ağır döyüş “530” yüksəkliyi uğrunda oldu. Göyarx(xəritədə Levonarx gedir) istiqamətində çox ağır döyüşlər getdi. Ağdərə şəhərinin açarı o yüksəklik idi. Yüksəklik Tərtər-Ağdərə yolunun üstündə yerləşirdi. Ordan Ağdərə şəhərinə düz yol gedirdi.
Ağdərəyə hücum qabağı o yüksəklik mütləq götürülməli idi.
Tərtər briqadası bir necə dəfə öz bölmələri cəhd etsədə oranı götürə bilmədi. Ora barədə bizdə sanki alınmaz qala təsəvvürü yaranmışdı. Ermənilər üçün “ölüm qalım” məsələsi idi.
Yüksəklikdə ermənilərin çox möhkəm beton bunkeri var idi. 2 mərtəbəli bunkerdə olan “fortuçkalar”dan TƏİR- lər və snayperlər yerləşdirmişdilər. Əraziyə texnika ilə yaxın düşmək mümkün deyildi. 50 texnika da gəlsəydi vuracaqdılar. Yüksəkliyi ermənilərin 022 Xüsusi təyinatlı briqadasının bölmələri müdafiə edirdilər. Yüksəkliyin arxasındakı kəndin içində ermənilərin minaatan bölmələri var idi. Atışdan tutmaq olurdu ki burda azı 3-4 batareya var.
Həmən yüksəkliyin götürülməsi 1 ci ordu korpusunun Əlahiddə Kəşfiyyat taboruna tapşırıldı.
Hücumdan qabaq gecə polkovnik-leytenant Nəsimi Şıxəliyev və Həmlə taborunun komandiri Şükürov Anar (oktyabr 16-sı Anar o istiqamətdə şəhid oldu) əməliyyatla bağlı müzakirə edirdilər.
Artilleriya atəşindən və TOS-1 vurandan sonra kəşfiyyat taborunun iki bölüyü, xüsusi təyinatlı bölük və kəşfiyyat bölüyünün qrupları yüksəkliyə sağdan- soldan sızdılar.
Çox gərgin döyüş başladı. Ermənilərin sözlə ifadə edilməyəcək dərəcədə müqavimət göstərirdilər. Snayperlər baş qaldırmağa imkan vermirdi.
Ermənilərin Ağdərə istiqamətindən böyük qüvvə cəmlənmiş təqribən 10 maşın köməyə gəlirdi. Yüksəkliyin başında bölüyün dayaq məntəqəsi tərəfdə dolama yol var idi. Artilleriyamız həmin maşın karvanını əraziyə çatmamış darmadağın elədi. Gəlib çata bilmədilər.
Bizimkilər artıq yüksəkliyin üstündə idilər. Qıra-qıra irəlliyirdilər.
Çox maraqlı hadisələr baş verirdi. Artilleriya düşməni vura- vura bir yerə sıxmaq istiyirdi ki, tam şəkildə məhv eləsin, qüvvələrimizə müqavimət dayansın. Bu zaman təqribən 70 nəfər erməni hərbçisi bunkerlərdən çıxıb valın içi ilə bölük mərkəzinə tərəf qaçmağa başladılar. Bizdə bir anlıq qışqırıq sevinc başladıkı “vəsalam, qaçdılar, yüksəliyi aldıq”.
Amma həmən qüvvə təzədən geri qayıdıb müqavimətə davam etməyə başladılar. Bizimkilər artıq valın içində idilər. Bunların arxasınca təqib etmək üçün irəlliyirdilər. Qayıdan ermənilər valın içində bizimkilərlə qarşılaşdılar. Valın içində 15-20 metr məsafədə atışma gedirdi. Erməni minamyotları özünkülərdə daxil olmaqla hamını vururdu. Dayanmadan atəş yağdırırdılar ki, orada qüvvə qalmasın.
Hava qaraldı, döyüş səngidi. Uşaqların yarısı səngərin içində, yarısı yüksəkliyin başında səhəri açdılar. Hava ışıqlaşan kimi döyüş təzədən başladı. Səhər artilleriya atəşindən sonra düşmənin gecədən yığıb gətirdiyi qüvvə əks-hücuma keçdi.
Ərazini təzədən düşmənə vermək şərəf məsələsi idi. Tərtər briqadasının bölmələri köməyə qalxmalı idi. Amma onların hərəkət marşurutun ermənilər dayanmadan vurduqlarına görə hec cür irəlləyə bilmirdilər.
Kəşfiyyat taboru orada tək qalmışdı.
Həm çox yaxın məsafədə döyüş gedirdi, həm də çox güclü artilleriya atəşi açılırdı. Ermənilər özününkünə, bizə fərq qoymadan minamyotdan və toplardan atəş yağdırırdılar.
Bizim artilleriya isə düşmənin həm artilleriyasının, həm də əks-hücuma keçən bölmələrinin qarşısın almağa çalışırdı. Nəsimi Şıxəliyev PUA dan olan görüntülərə baxa baxa döyüşü idarə edirdi. Mən onu indiyə kimi bu qədər stress içində, həyacanlı görməmişdim.
Ratsiya əlində “Orxan, Orxan qabağınızda sağdadılar”,”Əlvan, snayper atır, qoruyun özünüzü”, “filan yerdən atırlar”, “Lətif, səngərin dibində uzanıblar”-deyə qışqırırdı.
Qışqırmaqdan səsi batmışdı. Mənə dedi ki “Tofiq, burda olmaq döyüşdə olmaqdan çətindir, mən özüm döyüşə girəndə hec bu qədər həyacanlı olmuram”.
Korpusun kəşfiyyat şöbəsinin zabitləri də bir tərəfdən PUA görüntülərini uşaqlara çatdırırdılar.
Labirint səngərlər idi, içi də ermənilər…
Sahil, Anar, Pərvinin əməyi çox böyük idi.
Hər detalı uşaqlara rabitədə çatdırırdılar, xəbərdar edirdilər.
15 oktyabr axşam saat 7-də düşmənin müqaviməti tam qırıldı. Buna baxmayaraq minamyot dayanmırdı.
Bunkerin içində öldürülən ermənilərin geyimindən, bədən qurluşlarından bilinirdi ki bunlar siravi əsgərlər deyil.
2-ci Qarabağ müharibəsində “530” yüksəkliyində, valın içində döyüş üz-üzə getmişdi. Şanlı Azərbaycan əsgəri canavar kimi şığımışdı ermənilərin üstünə.
Həmən döyüşdə ermənilər xeyli itki verdilər. Şəhidlərimizi onların arasından götürdük.
Kəşfiyyat taboru 4 şəhid və 10 -dan çox yaralı hesabına mümkünsüz deyiləni bacardı və yüksəkliyi aldı.
Həmən döyüşlərdə Səfərbərliklə gələn Əsgər Musaoğlu Ataməli Seyidməhəmməd oğlu,
Əsgər Abdullayev Balazadə Rafət oğlu, Maxe Kərimov Ülvi Rövşən oğlu, Maxe Əmirov Emin Rafət oğlu Şəhid oldular.
O döyüşlərdə Mayor Orxan Adgözəlov, Baş-leytenant Lətifov Lətif, Baş-leytenant Ağayev Qəzənfər(Vətən müharibəsi qəhrəmanı), Baş-leytenant Abaslı Cəsarət, Gizir Nəbiyev Nəbi,
Gizir Şahbazov Şahbaz, Maxe Xıdırov Orxan, Maxe Şirinli Elşən, Gizir Əhməd İsmayılov,
Gizir Yunusov Seyfur böyük qəhrəmanlıq göstərdilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-03-2021, 20:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-03-2021, 20:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24