Bu kənddə məktəbə at arabası ilə gedirlər - VİDEO
Goranboy rayonunun Əhmədabad kənd məktəbi dördillik, yəni ibtidai təhsil verir. Bundan sonra isə təhsilini davam etdirmək istəyən uşaqlar qonşu kənddəki məktəbə gedirlər.
Kənd sakinlərini narahat edən məsələ məktəbin tamamilə yararsız vəziyyətdə olmasıdır. Təhsil müəssisəsinin binası sözün həqiqi mənasında yararsız, hətta qəzalı vəziyyətdədir. Komanı xatırladan məktəbin içərisində sadəcə sınıq-salxaq oturacaqlar, odun sobası gözə dəyir. Məktəbin kitabxanasındakı dərsliklər isə dəhlizə səpələnib.
Üstəlik, Əhmədabad kəndində uşaqlara ancaq 4-cü sinifə kimi dərs keçilir. 5-ci və daha yuxarı sinif şagirdləri isə qonşu kənddəki məktəbə getmək məcburiyyətində qalır. Bu da məktəblilərin vaxtında dərsə çatmasında ciddi çətinliklər yaradır. Bəzi hallarda qonşu kəndin məktəbinə at arabası ilə gedilir. Məktəbin yararsız və tamamilə dağılmış mənzərəsi sözsüz ki, tədrisin keyfiyyətinə də təsirsiz ötüşmür. Bunu məktəbin müəllimləri də təsdiqləyir. Valideyinlər isə qış aylarında övladlarını məktəbə göndərmir.
Məsələ ilə bağlı Goranboy rayon Təhsil Şöbəsindən bildirilib ki, məktəbin təmiri üçün Təhsil Nazirliyinə məlumat verilib. Məktəbdə təhsilin dördillik olması isə bu kəndin əhalisinin sayı ilə bağlıdır.
Qeyd edək ki, Əhmədabad kəndindəki yararsız bina 2000-ci ildən məktəb kimi fəaliyyət göstərir. Məktəbdə 4 sinif olmaqla 45 şagird və 4 müəllim var.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-03-2021, 22:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-03-2021, 22:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…