PREZİDENTİN TƏLTİF ETDİYİ GENERAL KİMDİR? - Türkiyədə Hərbi Akademiyanı bitirib...

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla general-mayor İlqar Məmmədov "İgidliyə görə” medalı ilə mükafatlandırılıb.
İlqar Məmmədov 7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olub. 1991-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət edib.
1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.
1992-2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini – qərargah rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.
Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general-mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunub.
Ailəlidir. İki övladı var.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-03-2021, 15:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-03-2021, 15:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT