Şəhid ailəsinə üçotaqlı mənzil verildi
Şəhid ailələrinin dəstəklə təminatı, o cümlədən mənzil-məişət məsələlərinin həllində sosial məsuliyyətdən çıxış edən sosial tərəfdaşlarımız tərəfindən xeyirxah təşəbbüslər, nəcib addımlar davam edir. “AS Group İnvestment” MMC şirkəti də bu proseslərdə öz töhfəsini verir.
Vətən müharibəsində şücaətlər göstərmiş və döyüşlərin birində ağır yaralanaraq şəhid olmuş çavuş Niyazi İsgəndərovun ailəsinin mənzil-məişət şəraitinin ağır olması səbəbindən ailənin yeni mənzillə təmin olunması məsələsi diqqətdə saxlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, nazirliyin sosial tərəfdaşlarından olan “AS Group İnvestment” MMC şirkəti bu istiqamətdə dəstəyini göstərib. Mingəçevir şəhərindəki yataqxanada yaşayan şəhid ailəsinə şirkət tərəfindən həmin şəhərdəki “Park Residence” yaşayış binasından 3 otaqlı mənzil hədiyyə edilib.
Şirkətin və nazirliyin nümayəndələri şəhidin ailəsi ilə görüşərək onlara mənzil sənədlərini təqdim ediblər. Yeni mənzilin tam təmiri və bütün lazımi avadanlıqlarla təchizatını da şirkət öz üzərinə götürüb.
Şəhid çavuş Niyazi İsgəndərov hələ 2016-cı il Aprel döyüşlərində qəhrəmanlığı ilə fərqlənib və Vətən müharibəsi başlayan gündən də döyüşlərə qatılıb. Oktyabrın 5-də Suqovuşanda ağır yaralanaraq şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə İsgəndərov Niyazi Şahvələd oğlu “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailəsinə aylıq sosial ödənişlərin təyinatı da həyata keçirilib və ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanılacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-03-2021, 18:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-03-2021, 18:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 11:20
Sabunçuda sakinlərin öz hesablarına təmir etdikləri yolu SOCAR bərbad hala saldı - ETİRAZ / FOTOLAR
Bu gün, 08:32
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
Dünən, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Dünən, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Dünən, 09:36