“Sərt karantin, evə qapanma çıxış yolu deyil” - ETİRAZ
Belə bir deyim var: Elin ağzı torba deyil ki, büzəsən. Bu deyimi xatırlamağımız əbəs yerə deyil. Belə ki, son günlər cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də yenidən sərt karantin rejiminə keçid etmək ehtimalıdır. Yeni növ koronavirusa yoluxma sayının çoxalması və Azərbaycanın milli bayramı olan Novruz bayramında əhalinin kütləvi şəkildə toplanaraq bayramı qeyd etməsi sərt karantin rejiminin qayıtmasına səbəb ola bilər.
Artıq bu haqda istər sosial şəbəkələrdə, istərsə də ictimai nəqliyyatda əhali arasında müzakirələrə rast gəlmək olar. Cəmiyyətin qənaətinə görə, yoluxma sayının çoxalması və qarşıdan bayram tətilinin gəlməsi özü ilə birlikdə yenidən sərt karantin rejimini də gətirəcək. Digər maraqlı nüanslardan biri də budur ki, koronavirusa qarşı vaksinasiya başlasa belə, hələ də virusa yoluxma halları artmağa davam edir.
AYNA mövcud mənzərəyə və gözləntilərə işıq tutmağa çalışıb.
Tanınmış həkim-terapevt Rasif Bağırovun fikrincə, yoluxma sayının artmasına əsas səbəb nəqliyyatdakı sıxlıqdır: “Buna görə də yoluxma sayı artır. Belə götürsək, şəxsi avtomobilindən istifadə edən şəxslərin cəmiyyətdə virusu yaymaq ehtimalı yoxdur. Açığı deyim ki, əslində yüksək səviyyədə yoluxmanın olduğu dövrlərdən sonra birdən-birə yoluxma sayının aşağı düşməsinə, yoluxmanın azalmasına xidmət edən əsas amillərdən biri maskadır. Bütün dünyada da sübut edildi ki, məhz maskanın hesabına yoluxma sayını azaltmaq olar. Biz özümüz də praktikada müşahidə etdik, daha sonra isə dünyada da alimlər açıqladı ki, həqiqətən də, maskanı lazımi şəkildə, düzgün qaydalarla istifadə edəndə yoluxma demək olar ki, olmur. Hətta, alimlər də təsdiqlədi ki, əl ilə görüşmək, qapı cəftəsindən çox sayda insanın istifadə etməsi virusun yayılmasına səbəb olmur”.
“Bəzi fərziyələr var idi ki, guya virusa yoluxmuş bir şəxs qapı cəftəsinə toxunarsa, daha sonra sağlam şəxs o cəftədən istifadə edərkən virusa yoluxacaq. Bu, yanlış fikirdir. Yoluxmanın qarşısını alan əsas vasitə maskalardır. Sadəcə, ölkədə xəstəliyin sayı kəskin şəkildə azalmağa başlayanda əhalidə maskalara qarşı münasibətdə laqeydlik yaranır. İctimai nəqliyyata, avtobuslardakı vəziyyətə fikir versəniz, görərsiniz ki, hamı maskadan düzgün istifadə etmir. Kimdəsə maska çənəsinin altındadır, kimdəsə burundan aşağıdadır... Yəni tam şəkildə maskadan istifadə edənlər azdır”, - ekspert bildirib.
Bağırov onu da qeyd edib ki, bütün sadalananlarla yanaşı metronun fəaliyyətinin dayandırılması da avtobuslarda sıxlığa səbəb olur: “Bu səbəbdən də nəqliyyatda sıxlıq olur və nəticədə virus yayılır. Avtobuslardakı o cür vəziyyətdə təbii ki, artım olmağı normaldır”.
Yenidən sərtləşmə ehtimalına gəldikdə, həkimin sözlərinə görə, sərt karantin rejimi, evə qapanma virusun çoxlamasının qarşısını almır: “Əhali görür ki, yoluxma halları artıb, başlayırlar maska taxmağa. Evə qapanma da heç nəyi həll etmir. Guya ki, 3 saatlıq SMS-icazə zamanı sıxlıq olmurdu? Mən şəxsən görmədim ki, şəhərdə həmin küçələrdə sıxlıq olmasın. Marketlərdə, küçələrdə həmin sıxlıq qapanmalar zamanı da müşahidə edilirdi. Bir sözlə, o qapanmalar heç nəyi həll etmir. Ancaq maskadan düzgün istifadə halları yoluxmanı azalda bilər”.
Milli Məclisin deputatı Əli Məsimli də xüsusi karantin rejiminin sərtləşdirilməsinin tərəfdarı deyil, amma vətəndaşların məsuliyyətli davranmalarını da vacib sayır: “Novruz bayramı yaxınlaşdıqca yenidən karantin məhdudiyyətlərinin tətbiq edilib-edilməyəcəyi ən çox müzakirə edilən məsələlərdəndir. Çünki insanlar bayramlarda, xüsusən də Novruz bayramında daha çox ünsiyyətdə olurlar. Əzizlərini görmək, bayramlaşmaq, bayram tətili günlərində isə həm də, necə deyərlər, ən azından “havalarını dəyişmək”, mümkün qədər istirahət etmək üçün Bakıda yaşayanlar rayonlara gedir, rayonda yaşayanlar Bakıya gəlir. Karantin qaydaları ilə bağlı qərar qəbul ediləndə əsas meyar kimi epidemioloji vəziyyət, xüsusən də yoluxma sayı götürüldüyündən, təbii ki, bu zaman epidemioloji reallığa zidd hadisələr olmamalıdır ki, virusa yoluxanların sayı yenidən sürətlə artmasın və yaranmış situasiyaya görə Operativ Qərargah qapanma ilə bağlı qərar verməli olmasın”.
“Növbəti qapanmaya gedilsə, yenicə fəaliyyətə başlayıb, özlərinə gəlməyə çalışan sahələrdə işlər dayanacaq. Bundan həm iqtisadiyyat, həm orada çalışan insanlar çox böyük ziyan çəkəcək. Vəziyyəti onsuz da pis olan təbəqə üçün bu, yenidən vəziyyətlərinin daha da pisləşməsi demək olacaq. Yoxsullaşmanın dairəsi daha da genişlənəcək. Fikrimizcə, hazırkı mərhələnin məntiqindən çıxış etməklə, ümumiyyətlə, artıq bundan sonra yeni qapanmalar əvəzinə koronavirusla bir müddət də birgə yaşamaq və onun ziyanını münimuma endirmək variantlarına üstünlük verilməlidir”, - millət vəkili bildirib.
Məsimli hesab edir ki, fəaliyyət göstərməyə başlayan yerləri qapatmadan, Bakıya giriş-çıxışı qadağan etmədən, ancaq karantin qaydalarını sərt şəkildə tətbiq etməklə vəziyyətdən çıxmaq optimal yoldur: “Bununla yanaşı, ən azından cəmiyyətin hər bir üzvü özü görə biləcəyi tədbirləri günlük həyatında maksimum yerinə yetirməlidir. Bu, gigiyena qaydalarına əməl etmək, maska taxmaq,məsafə saxlamaq və peyvənd etdirməkdir”.
Milli Məclisin digər üzvü Məlahət İbrahimqızı Nazirlər Kabineti yanında Operativ Qərargahın indiyə qədərki fəaliyyətini təqdirəlayiq hesa edir: “Ötən bir il ərzində Operativ Qərargah virusla mübarizədə yumşalma və sərtləşmə metodlarından istifadə edib. Bu da hər mənada çox yaxşı oldu və nəticəsi də göz önündədir. Azərbaycan virusla mübarizədə az itki verən çox nadir ölkələrdəndir. Dövlətimiz, Prezidentimiz ölkənin resuslarını vətəndaşların sağlamlığına, xəstələnməməsinə və həyatının qorunmasına sərf etdi”.
Deputat hesab edir ki, Operativ Qərargaha qarşı müəyyən tənqidi fikirlər səslənsə də, bir il ərzində onun tətbiq etdiyi tədbirlər planı yaxşı nəticə verib: “Qısa müddət ərzində ölkəmizdə çox sayda modul tipli xəstəxanalar tikildi, xəstəxanalara hər cür müasir avadanlıqlar gətirildi. Xəstəxanalar tənəffüs aparatları, ən bahalı aparatlarla təmin edildi”.
Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da vaksinasiya prosesinin aparılmasından da danışan İbrahimqızının fikrincə, vaksinasiya sahəsində də Azərbaycan barmaqla sayılan ölkələr arasındadır: “Ölkəmizdə ən yaxşı vaksinlərdən biri hesab edilən “SinoVac” peyvəndindən istifadə olunur. Artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da etiraf etdi ki, “SinoVac” Çinin istehsal etdiyi ən az zərəri olan, əks təsiri olmayan peyvənddir”.
“Ötən ildən bu günə qədər proseslər sərt karantin rejimi tətbiq etməklə və bəzən də qaydaların yumşalması ilə tənzimlənir. Bu səbəbdən də bizim ölkədə, bir çox ölkələrdə olduğu kimi yoluxma və ölüm sayında pik rəqəmlər müşahidə edilmədi. Avropanın bir çox ölkələrində sərt karantin çox gec tətbiq edildi. Lakin bizdə keçən ilin aprel ayında sərt karantin rejimi tətbiq edildi - təxminən may ayının ilk həftələrinə qədər. Bu gün də nəticə göz önündədir. Hazırda da yoluxma sayı, müalicə alaraq sağalan xəstələrin sayı, testlərin sayı və həyatını itirənlərin statistikası da cəmiyyətə açıqlanır. Buna uyğun olaraq da qaydalar müəyyənləşdirilir”, - millət vəkili vurğulayıb.
“Bilirsiniz ki, qarşıdan Novruz bayramı tətili gəlir. Azərbaycan xalqının da adətidir ki, bu bayramda bayramlaşsın, qohumları ziyarət etsin və s. Bu da təmasların sayını artırır. Təmasların sayının artması qızıl qaydaları pozur və xəstələnmə sayını çoxalır. Tətilə də hələ bir həftə var. Qarşımızdakı bir həftə karantinin necə tətbiq olunacağını müəyyənləşdirəcək. Əgər yoluxma sayı çox olarsa, əlbəttə, karantin tətbiq ediləcək. Lakin hansı qaydada, nə qədər sərt olacaq - onu mən deyə bilmərəm”, - deyə o, fikrini yekunlaşdırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-03-2021, 10:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-03-2021, 10:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09