Şəkidən təəssüratlar
Hörmətli Prezidentimiz İlham Əliyev cənabları böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə 15 noyabr 2018-ci il tarixdə şairin yubileyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi barədə sərəncam imzalamış və 2019-cu ili “Nəsimi ili” elan etmişdir.
Bu sərəncam Nəsimi klassik ədəbi irsinin öyrənilməsinə, araşdırmalar nəticəsində yeni-yeni tapıntıların ortaya çıxmasına, tədqiqatların genişlənməsinə, tərcümələrin aparılmasına, şairin ölkəmizdə, eləcə də, ölkəmizin hüdudları xaricində tanıdılmasına, bir sözlə Nəsimiyə sahib çıxmağıməza böyük stimul verəcəkdir. Belə bir deyim var: “Sənin olana sahib çıxmasan, mütləq ona sahib çıxanlar tapılacaqdır”.
Hazırda Respublikamızın hər yerində “Nəsimi ili” ilə əlaqədar silsilə tədbirlər keçirilməkdədir. Belə tədbirlərdən biri də 16 may 2019-cu il tarixdə Şəki Dövlət Regional Kollecində təşkil olunmuşdu. Tədbirə İ. Nəsimi tədqiqatçısı kimi məni də dəvət etmişdilər və bu barədə təəssüratlarımı bölüşməyi özümə borc bilirəm.
Maraqlıdır ki, həmişə Xanabaddan Şəkiyə tərəf yoxuşu qalxanda dağların saf havası sinəmi doldurduqca qəlbimdə elə bir qürur hissi yaranır ki, sanki, üzü şimala hər yan mənimdir. Bu dəfə də həmin xoş hisslərlə Şəkiyə çatdım.
Kollecin foyesinə daxil olanda saat 11 idi və burada elə bir sevgi, elə bir hərarətlə qarşılandım ki, bunu ancaq doğmalardan və ən əziz insanlar üçün görmək olardı. Elə bil mənim daxil olacağımı bilirlərmiş kimi, bir- birinin ardınca Şəki 1№-li musiqi məktəbinin müdiri Tərlan müəllim, Şəki Dövlət Regional Kollecinin direktor müavini Rafik müəllim və direktor Sərdar müəllim Şərifov, sonra isə dostum, Azərbaycan YB-nin üzvü, şair Ramiz Orsər doğma bir hərarətlə məni qarşıladılar. Qəlbimin daxilindən Şəki və şəkililərə bir “Əhsən” keçdi.
Sərdar müəllimin dəvətiylə pilləkənlərlə ikinci mərtəbəyə direktorun otağına qalxdıq. Yol boyu rastlaşdığımız hər kəsdən “xoş gəlmisooz” eşitdik. Əhsən! Direktorun otağında hər bir şey yerində olmaqla yüksək səliqə-səhman vardı və əlavə olaraq dəvət olunmuş qonaqlar üçün 10-12 nəfərlik şəkililərə məxsus çay süfrəsi açılmışdı. Daha bir Əhsən! Tədbir saat 12-yə nəzərdə tutulduğundan vaxtımızı gələn qonaqlarla tanışlıq və söhbətlə keçirdik. Burada Şəkinin tanınmış ziyalılarından biri publisist və gözəl ağsaqqal Akif Salamovla, “Şəki bələdiyyəsi”
qəzetinin redaktoru Murad Canibəyovla, Şəki İdman və Gənclər təşkilatının sədri Vüqar müəllim və başqa intellektli şəxsiyyətlərlə tanış oldum.
Saat 11.45-də bizi kollecin həyətinə dəvət etdilər. Bura təqribən 300 kv. metr sahəsi olan zövqlə əkilmiş gülşənlik idi. Və güllərin ətrafı boyu Nəsimi ruhunu oxşayan, sənətin müxtəlif janrlarını (portret, qrafika, tikmə, təkəlduz və s.) əhatə edən 20-yə yaxın rəsm əsəri düzülmüşdü. Sərdar müəllim qürurla bunların tələbələrin fantaziyalarının məhsulu olduğunu bildirdi. Əlbətdə fəxr etməyə dəyərdi, çünki rəsmlər gözəl işlənmiş və fikirlər aydın verilmişdi. Axı müəllimin qüdrəti yetişdirdiyi tələbənin (şagirdin) səviyyəsi ilə ölçülür. Bir daha Əhsən!
Nəhayət, tədbirin keçiriləcəyi zala daxil olduq. Təqribən 200 nəfərlik zal tam dolu idi və bütün görüntülər Nəsimi ab-havasından xəbər verirdi. Ümumiyyətlə, kollecə daxil olduğumdan sona qədər hər yerdə səliqə-səhman, nizam- intizam, qayda- qanun və insani münasibətlər gördüm. Yenə də, Əhsən!
Rafik müəllim tədbirin mahiyyətini açıqlayıb, qonaqların təqdimatını etdikdən sonra, sözü məclisin aparıcısı Ramiz Orsərə verdi. Ramiz müəllim Nəsimi barədə olduqca məzmunlu və lakonik məlumatlar verdikdən sonra, estafeti kollecin tələbələriindən ibarət musiqi üçlüyünə verdi. Üçlüyün oxuyanı, sonuncu muğam müsabiqəsinin iyirmiliyinə daxil olmuş Məhin xanımın gözəl bir ifasını dinlədik.
Nəhayət, Ramiz müəllim məni tribunaya dəvət etdi. Mərüzə üçün müddət qoyulmadığından, əhatəli danışmağa çalışdım və çıxışımı təqribən 30 dəqiqəyə yekunlaşdıra bildim. Deyəsən, Nəsiminin şair kimi necə bir zirvə, təsəvvüfdə ən sayılan ərən, ilahi eşqinə və imanının kamilliyinə görə övliya, dinin saflığı uğrunda mübarizədə həyatını itirdiyinə görə şəhid və intellekti, iradəsi, dözümü ilə nəsillərə nümunə olduğunu aşılaya bilmişdim.
Sonda Kollecin direktoru Sərdar müəllim qonaqlara, tədbirin təşkilində əməyi olan və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.
Tədbirdə qarşılanmağımız və bizi əhatə edən insanlarin gözəl münasibətləri mənə elə bir ovqat bəxş etdi ki, sanki, həyatımın ən gözəl günlərindən birini yaşadım. Nə deyim, Şəkimizə qonaqpərvərliyinə, şəkililərə Əhsən?!
MDU-nun müəllimi, Azərbaycan YB-nin üzvü, Respublika mediasının “Qızıl qələm” mükafatı laureatı Əbülfət Həsənoğlu
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-05-2019, 23:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-05-2019, 23:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29