Eldar Əzizov yarım milyona zibil maşını alır - Sabiq nazirin şirkətindən
Martın 13-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Kommunal Xidmətlər Müəssisəsi” MMC nəqliyyat və xüsusi texnikaların satınalınması müsabiqəsinə yekun vurub.
Məbləği 914 min 302 manat 70 qəpik olan tenderi “Improtex Trucks and Buses” MMC udub.
Tenderin şərtlərinə görə, MMC üçün 2 ədəd bərk məişət tullantılarının daşınması üçün nəqliyyat vasitəsi alınacaq.
Antiinhisar Xidməti nəticəni ləğv etmişdi, amma yenə qalib eyni şirkət oldu
Bu satınalma müsabiqəsi “Kommunal Xidmətlər Müəssisəsi”nin fevralın 9-da ləğv olunmuş tenderin yerinə keçirilib. Ləğv olunmuş tenderdə də “Improtex Trucks & Buses” MMC qalib gəlmişdi. Amma MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən gələn məktub əsasında tenderin nəticələrini ləğv etmişdi.
Məktubda xüsusi kommunal avadanlıqların alınması üçün bütün iddiaçıların təkliflərinin “tenderin əsas şərtlər toplusunun formal tələblərinə cavab vermədiyi” qeyd edilmişdi.
2020-ci ildə “Improtex Trucks & Buses” Bakı şəhəri MKTD Mənzil-Kommunal Xidmətlər Birlikləri ilə ümumi dəyəri 10.4 mln. manat olan kommunal nəqliyyat vasitələrinin təchizatı üçün iki müqavilə imzalayıb.
“Improtex Trucks and Buse” MMC sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olan “İmproteks Şirkətlər Qrupu”na aid şirkətlərdəndir.
“İmproteks Şirkətlər Qrupu”na minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir.
MAN Truck and Bus AG-nin Azərbaycanda rəsmi idxalçısısı olan “Improtex Trucks and Buses” MMC-nin əsas fəaliyyət sahəsini inşaat avtomobillərinin və texnikasının satışı və satış sonrası xidmətinin göstərilməsi təşkil edir./valyuta.az/
Paylaş:
Müəllif : Fuad
Tarix:15-03-2021, 13:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-03-2021, 13:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07