reklam
Regionxeberlericom.az » Cəmiyyət » Britaniya ştammına yoluxduğunuzu necə anlaya bilərsiniz? - Azərbaycanda panika

reklam

Britaniya ştammına yoluxduğunuzu necə anlaya bilərsiniz? - Azərbaycanda panika


Artıq bir neçə gündür ki, Azərbaycanda Britaniya ştammının yayılması ilə bağlı xəbərlər dolaşmaqdadır. Lakin yeni növ virusun aşkarlanması üçün ölkədə lazımı avadanlığın olması ilə bağlı aidiyyatı qurumlar tərəfindən məlumat verilməyib.

Maraqlıdır, belə olan halda şəxsin yeni ştamma yoluxduğunu necə öyrənmək olar?

Məsələ ilə bağlı Sfera.az-a danışan Türkiyənin Biotexnologiya İnstitunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov yeni ştammın ənənəvi virusdan fərqli olaraq insanı daha tez ağırlaşdırdığını bildirib:

"Britaniya ştammı ilə COVID-19-un geniş yayılmış forması demək olar ki, eyni əlamətlərə məxsusdur. Sadəcə Britaniya ştammı daha tez yayılır və immun sistemini zəiflədir. Bildirilir ki, ştamm 70 faiz daha sürətli yayılır. Xüsusilə, immun sistemi zəif olan şəxslərdə bu növ mutasiyaya uğrayaraq bədəndə yayılır və şəxs yüksək yoluxduruculuğa malik olur".

Tibb professoru yeni ştammın daha təhlükəli olmasının səbəblərini də açıqlayıb:

"Normalda virus mutasiyaya uğradığı halda zəifləməlidir. Çünki virusun quruluşu dəyişir, aktivlik azalır. Bundan əvvəl Sars virusu geniş yayıldıqdan sonra mutasiyaya uğrayıb zəifləməsi zamanı da bunu müşahidə etdik. Lakin çox təəccüblü haldır ki, COVID-19 mutasiyada daha aqressiv hala gəlir. Bu o deməkdir ki, həmin mutasiyaların bədənimizdəki reseptorlarla qohumluğu daha çoxdur və buna görə də təsir gücü yüksəkdir ".


Paylaş:


Müəllif : Tarix:
18-03-2021, 13:27
Sikayət   


loading...
Загрузка...