reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu şəxslərin azadlığa buraxılması gözlənilməz olub - Həbsxanada olan məhbusların bəziləri də...

reklam

Bu şəxslərin azadlığa buraxılması gözlənilməz olub - Həbsxanada olan məhbusların bəziləri də...

"Xüsusilə Gəncə hadisələrində təqsirli bilinən iki nəfər - Elvin Nəriman oğlu Allahverdiyev və Vüqar Mənsur oğlu Xudiyevin, Nardaran hadisələrinə görə həbs edilən şəxslərin böyük bir hissəsinin əfv edilməsi bizi çox sevindirdi. Hətta onu deyim bu şəxslərin azadlığa buraxılmasını gözləmirdik".

Bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncam haqda danışarkən deyib.

N.Cəfəroğlu bildirib ki, siyasi məhbusların azadlığa buraxılması ilə bağlı siyahı təqdim etmişdilər:

“Əfv sərəncamının verilməsi hər zaman müsbət qarşılanır və bu, dövlətin, ölkə başçısnın yüksək humanizminin göstəricisidir. 625 nəfər məhbusdan 475 nəfəri artıq azadlığa buraxılıb. Qalanları ilə bağlı müvafiq işlər görülür.

Bu qədər insan Novruz bayramı zamanı ailə üzvləri ilə birlikdə olacaq. Görün, neçə ailə bu sərəncamla sevindi. Düşünürəm, əfv sərəncamı ildə iki dəfə olsa, daha yaxşı olardı. Bilirsiniz, hazırda həbsxanada olan məhbusların bəziləri xəstədir, bəziləri artıq çox yaşlanıb, bəzi məhbusların cəza müddətinin bitməsinə bir-iki il qalıb. Belə şəxslərin də buraxılması düşünürəm, humanist bir davranış olardı.

Təbii ki, əfv sərəncamı ilə bağlı məni bir hüquq müdafiəçisi kimi siyasi məhbuslar daha çox maraqlandırırdı. Sevindirici haldır ki, azadlığa çıxan şəxslər arasında siyasi məhbuslar da vardı. Ölkədə siyasi məhbusların olması arzuolunan deyil. Buna görə Qərbdən də dəfələrlə bizə müraciətlər olunur. Ümid edirik azad edilən bu şəxslər bundan sonra bənzər səhvləri etməyəcək, ailələrinə daha möhkəm sarılacaqlar”. (Axar.az)






Paylaş:


Müəllif : Tarix:
20-03-2021, 14:11
Sikayət   


loading...
Загрузка...