Nazirlikdən içməli su XƏBƏRDARLIĞI
Hazırda Azərbaycanda yerüstü su ehtiyatları 30 km3 təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 km3-ə qədər azalır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22 mart - Ümumdünya su günü ilə bağlı yaydığı xəbərdə bildirilir.
BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən içməli suyun əhəmiyyətinə, vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 22-si Ümumdünya su günü kimi qeyd olunur.
Bu günün keçirilməsində məqsəd su ekosistemlərinin mühafizəsində hər kəsi fəal olmağa çağırmaq, suya qənaət edilməsinə diqqət çəkmək və bu sahədə maarifləndirmə işini gücləndirməkdir: "Su ehtiyatları dünya dövlətlərinin hər biri üçün ən qiymətli resurslardan biridir, lakin planetdə olan mövcud ehtiyatlar dünya ölkələri arasında qeyri-bərabər paylanıb və milyardlarla insan içməli su çatışmazlığından əziyyət çəkir.
Bu səbəbdən suya qənaət, ondan səmərəli istifadə, insanların suya münasibətinin köklü surətdə dəyişməsi müasir dünyanın ən aktual məsələlərindən biridir. Odur ki, ölkədə su ehtiyatlarının qənaətlə, səmərəli istifadəsi və inteqrasiyalı idarə edilməsi sahəsində kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda, əhali qrupunun da içməli suya qənaət etməsi və bu sudan texniki məqsədlər üçün istifadənin məhdudlaşdırılması vacibdir.
Su bəşəriyyətin ali nemətidir, su həyatdır, su varlığımız və gələcəyimizdir, suya qənaət etmək isə mütləqdir!".
Paylaş:
Müəllif : Yazar
Tarix:22-03-2021, 15:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-03-2021, 15:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:01
Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
Dünən, 08:59
BAŞLANDI: “Azəriqaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Dünən, 08:28
“Azər-Türk Med”də nöqsanlar aşkarlandı,klinika bağlanır? Təbəssüm Qurbanova vəzifəsindən sui istifadə edib.....
Dünən, 08:20