Ömrümüzə zəhər qatırlar - Təkər hisinə bişirdikləri balığı yeyirik
Bakıda və regionlarda kustar üsulla balıqların hisə verilməsi ilə bağlı istehsalat sahələri fəaliyyət göstərir. Bu kimi yerlər xüsusilə dənizkənarı qəsəbələrdə daha çoxdur.
Biz müddət öncə yolumuzu dəniz sahilindən salaraq reportaj hazırlayan zaman dəniz kənarında sıra ilə düzülmüş təndirə bənzər tikililər diqqətimizi çəkdi. Bir tərəfdə təkərlər üst-üstə qalanmışdı, havadan isə qəribə qoxu gəlirdi. Yaxınlaşıb maraqlananda məlum oldu ki, bu tikililərdə kustar üsulla balıq hisə verilir.
Qeyd edək ki, hisə verilmiş məhsulları hazırlamaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır. Bizə dedilər ki, 2 saata balıq hazır olacaq. Dayanıb gözləsək, 2-3 manata balıq ala bilərik.
Nə balıqları almaq üçün 2 saat dayanıb gözləməyə vaxtımız vardı, nə də o balığı almağa arzumuz. Amma öyrəndik ki, insanlar burada uzun illərdir balıq hisə verərək, ucuz qiymətə satırlar. Bu balıqlar sonra bazarlarda açıq şəraitdə satılır...
Diri balıq mövsümünün böyük mənada bitdiyini, isti mövsümdə balıq həvəskarlarının daha çox hisə verilmiş dəniz məhsullarına üz tutduğunu nəzərə alsaq, bu məsələ daha da aktuallaşır. Bu cür şəraitdə hazırlanan balıqlardan istifadə etmək nə dərəcədə doğrudur?
Qida eksperti Elsevər Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hissləmənin xüsusi texnologiyası var.
"Təkər yandırıb, onun hisini balığa vermək olmaz. Hisləmənin dozası, temperaturu, müxtəlif formaları var. Hisləmənin texnologiyasından asılı olaraq, hazır məhsulun keyfiyyəti müəyyənləşdirilir. Balıq və ət məhsulları hisə verilərkən müəyyən hədd tələb edir. Bu hədd yerinə yetirilmədiyi təqdirdə məhsulun keyfiyyəti aşağı olur. His həddən artıq çox verildikdə isə qida insan orqanizmi üçün təhlükəli olur. Çünki hisin tərkibi karbon qazıdır", – deyə ekspert bildirib.
O, qeyd edib ki, istənilən qida məhsulu hislənərkən mütləq hislənmə texnologiyasına əməl edilməlidir. Qida məhsullarının texnologiyaya uyğun olmadan hislənməsini həyata keçirən şəxslər isə məsuliyyətə cəlb edilməlidir. Yanğı vasitələrindən asılı olaraq tüstünün konsentrasiyası, temperatur, mühitin nisbi nəmliyi də mühüm rol oynayır.
E.Fərzəliyevin fikrincə, bütün hallarda normal texnologiyaya uyğun olmayaraq aparılan hisləmə prosesi insan orqanizminə təhlükə yarada, qida zəhərlənməsinə səbəb ola bilər. Bu prosesin qarşısı Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi tərəfindən alınmalıdır. Vətəndaşlar isə belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara məlumat verməlidir.
"Belə məhsullarla qidalandıqdan sonra məhsulun tərkibində olan toksinlərdən və konsentrasiyasından asılı olaraq, 5 dəqiqə - yarım saat ərzində qida zəhərlənməsi baş verə bilir. Bəzi hallarda toksin maddəsi kiçik konsentrasiyaya malikdirsə, onun təsir etmə müddəti bir qədər uzun çəkir. Toksinlər müxtəlif olur və insan orqanizminə müxtəlif cür təsir göstərir", – deyə o vurğulayıb.
Mütəxəssis əlavə edib ki, bəzən xalq arasında "r" hərfi olmayan aylarda balıqla qidalanmağın təhlükəli olduğunu deyirlər. Amma bu məsələ sadəcə mifdir: "May, iyun, iyul, avqust ayları isti olur, sentyabr ayında isə hava sərinləməyə başlayır. Bu səbəbdən balığın isti aylarda istifadə edilməsi məqsədyönlü sayılmır".
Həkim Məlahət Abbasovanın sözlərinə görə, balıq tez xarab olan məhsul olduğundan, isti aylarda balıq məhsulları yeyən zaman ehtiyatlı olmaq lazımdır.
"Hisə verilmiş balıq məhsulları texnologiyaya uyğun şəkildə hazırlandığı halda sağlamlığa zərər vermir. Ancaq hisə verilmə prosesi zamanı sağlamlıq üçün zərərli olan məhsullardan istifadə edilirsə, artıq bu təhlükə yaradır", – deyə həkim vurğulayıb.
Abbasova qeyd edib ki, təkər, rezin maddələrin yandırılması zamanı yaranan hisdən istifadə etmək sağlamlıq üçün zərərlidir. Bu zəhərlənməyə səbəb ola bilər.
"Zəhərlənmə özünü ürək bulanması, baş və qarın ağrısı ilə göstərir. Belə məhsulu qəbul etdikdən yarım saat sonra əlamətlər özünü göstərməyə başlayır. Qarşısı vaxtında alınmadığı təqdirdə bu ağır fəsadlarla nəticələnə bilər. Odur ki, zəhərlənmə hiss edildiyi zaman ilkin yardım göstərməlidir. Xəstəyə bol su vermək, mədəsini yumaq lazımdır", – həkim bildirib.
Qeyd edək ki, bu məsələ ilə bağlı bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb, əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirdiyini bildirib.
Bu istiqamətdə aparılan monitorinqlər zamanı müəyyən edilib ki, Bakı ətrafındakı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri mövcuddur.
Adıçəkilən məhsullar heç bir normativ texniki sənədlərə və sanitar-gigiyena tələblərinə cavab vermir. Hazırda Agentlik hüquq mühafizə orqanları ilə birlikdə aşkar edilən faktlarla bağlı tədbirlər həyata keçirir.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-05-2019, 10:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-05-2019, 10:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29