reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tatarıstanda həbs olunan qanuni oğru “Lotu Quli” ilə bağlı danışdı

reklam

Tatarıstanda həbs olunan qanuni oğru “Lotu Quli” ilə bağlı danışdı

Dünən Kazanda saxlanılan Tatarıstanın baş qanuni oğrusu Sergey Neyderov polisə ifadəsində “Lotu Quli” kimi tanınan Nadir Səlifov barədə danışıb.

“EADaily” portalının məlumatına görə, Neyderov azərbaycanlı avtoritetin Tatarıstandakı fəaliyyətini Türkiyədən idarə etdiyini bildirib.

Onun sözlərinə görə, yerli biznesin himayə olunması zəminində Tatarıstanda yerli cinayətkar qruplaşma ilə Nadir Səlifovun rəhbərlik etdiyi azərbaycanlılardan ibarət mütəşəkkil dəstə arasında uzun illər mübarizə gedib.

N.Səlifov Kazanda daşınmaz əmlakın tikintisi ilə məşğul olmaq qərarında gəlib və Sergey adlı yerli iş adamına fəaliyyətə başlamaq üçün bir neçə milyon rubl verib. Lakin podratçı şirkət onu aldadaraq pulları mənimsəyib və bundan sonra Sergey Nadirə borclu qalıb. Azərbaycanlılar ondan pulu qaytarmağı tələb etdikdə, o, aldadıldığını bildirib, lakin bunun xeyri olmayıb.

Belə vəziyyətdə iş adamı yerli avtoritet Ruslan Xusainova sığınıb. Sonuncu isə Nadirlə danışmaq üçün İstanbula yola düşüb. Amma elə bu zaman “Quli” qətlə yetirilib və danışıqlar onun qardaşı, qanuni oğru Namiq Səlifovla aparılıb. Uğursuz söhbətdən sonra Xusainov Tatarıstanın baş qanuni oğrusu Neyderovun yanına gəlib və ondan məsləhət alıb. O da öz növbəsində həmyerlisini dəstəkləyib.

Beləliklə, azərbaycanlılar və yerli qanuni oğrular arasında Kazandakı “Sultanat” restoranı önündə münasibətlərin aydınlaşdırılmasından sonra məsələ Tatarıstan DİN-in diqqət mərkəzinə düşüb və Neyderov həbs olunub. /Oxu.az


Paylaş:


Müəllif : Tarix:
26-03-2021, 10:26
Sikayət   


loading...
Загрузка...