reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bağırsaqların təbii yollarla təmizlənməsi

reklam

Bağırsaqların təbii yollarla təmizlənməsi

Hansı hallarda bağırsaqların təmizlənməsinə ehtiyac duyulur?
Bağırsaqların təmizlənməsi orqanizm üçün çox faydalıdır. Bu zaman bağırsaqlar illərlə orada yığılıb qalan nəcis daşlarından, parazitlərdən, müxtəlif bakteriyalardan, mikroblardan təmizlənir. Bağırsaqların təmizləməklə sanki biz orqanizmimizi də təmizləmiş oluruq. Çünki orqanizmin sağlamlığı birbaşa bağırsaqdan başlayır.
Bağırsaqların təbii üsullarla təmizlənməsinin bir neçə yolu var. Təmizlənməni elə etmək lazımdır ki,  bağırsaqlar zərər görməsin.
1-ci üsul Malaxov üsulu:
Bağırsaqları Esmarx balonuna doldurulmuş ilıq su ilə yumaq. Balonun içərisinə doldurulmuş ilıq su xəstənin bağırsaqlarına yeridilir, bir- neçə dəqiqədən sonra bağırsaqlar boşalır.
2-ci üsul təbii bitkilərlə:
Xəstəyə sena çayı fasilələrlə içirilir, qısa bir müddət sonra bağırsaqlar boşalır.
3-cü üsul duz vasitəsilə:
Zəif duzlu su hazırlanır, xəstənin bağırsaqlarından su geriyə qayıdana qədər bağırsağa duzlu su yeridilir.
4-cü üsul İngilis duzu vasitəsilə:
Maqnezium sulfat duzu ilıq suda həll edilir, az-az fasilələrlə içilir. Güclü işlədici təsirə malikdir. Bütün bağırsaq möhtəviyyatını boşaltmaq qabiliyyətinə malikdir.
Bağırsaqların təmizlənməsinə xroniki qəbizlik, bağırsaq keçməzliyi, zəhərlənmələr, yüksək tempratur zamanı ehtiyac duyulur.


Paylaş:


Müəllif : Tarix:
28-03-2021, 00:05
Sikayət   


loading...
Загрузка...