Peyvənd olunan müəllimlərin SAYI
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris qismən davam etdirilir.
Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu proses çərçivəsində bu günədək 50 faizdən çox müəllim və texniki heyət COVID-19 əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Fevralın 1-dən martın 29-dək ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib ki, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib. Xatırladaq ki, məktəblərdə müəllim, şagird və texniki heyət arasında yoluxma halları aşkar olunarsa, Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla tədrisin distant formaya keçirilməsi barədə qərar qəbul edir:
"Məlumat üçün bildiririk ki, martın 29-dan teledərslərin yayımlandığı “Dərs vaxtı” proqramı, həmçinin “Virtual məktəb” platforması üzərindən də onlayn tədris davam etdirilir. Təhsil Nazirliyi təhsil ictimaiyyətinə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə COVID-19 xəstəliyindən qorunmağı bir daha tövsiyə edir".
Paylaş:
Müəllif : Yazar
Tarix:29-03-2021, 18:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-03-2021, 18:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti