reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Yoluxma sayı 2-3 min olsa, hər yer qapadılacaq” - Diqqət!

reklam

“Yoluxma sayı 2-3 min olsa, hər yer qapadılacaq” - Diqqət!



"Dünən hardasa 4 məktəbdə distant təhsilə keçirildi. Birbaşa qapadılma təhsil sistemi üçün uğurlu yanaşma deyil, ənənəvi təhsil bizim üçün vacibdir". Bu sözləri "Sherg.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
O, hər gün artan yoluxma faktı ilə bağlı fikirlərini bölüşüb:

"Qarşıdakı dövr ərzində 2000-3000 yoluxma göstəriciləri olarsa, ümumi sahələrin qapadılması ilə nəticələnəcək. Əslində qapadılma ilə veriləcək qərar məntiqsiz olacaq. 20-29 mart tarixində ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyuldu. Tətil günləri olduğu üçün əksəriyyət evdə olub. Əsasən gündəlik işi olan şəxslər hərəkət etdilər. Virusa yoluxma faktının 10-14 gün ərzində üzə çıxdığını əsas götürsək, aprel ayının 3-4-də yoluxma sayı aşağı düşməlidir. Yəni, ictimai nəqliyyatdan istifadə etməməyin müsbət nəticələrini görə bilərik".

Ekspert yoluxmada artım qeydə alınarsa, ictimai nəqliyyatın qapadılması, açıq havada maskadan istifadə olunması kimi amillərin nəzərə alaraq müvafiq qərarın verilməsi tamamilə cəfəngiyyat olduğunu hesab edir:

"Ən doğru variant, bütün sahələrin fəaliyyət göstərməsidir. Bu iş birbaşa insanların məsuliyyətinə buraxılmalıdır. Müvafiq məsuliyyətli qurumlar günaşırı insanların maarifləndirməlidir. Beləcə, bu virus bəlasından qurtula bilərik. Əks halda məntiqsiz qərarlar işi daha da çətinləşdirir".

E. Əfəndi sonda əlavə edib ki, aprel ayında 11-ci siniflərin, iyun ayında 9-cu siniflərin buraxılış imtahanları keçirilməlidir:

" Əgər təhsili yenidən qapatsaq, nəticə əldə edə bilməyəcəyik. Yüz ölçüb, bir biçməliyik.1 ildir ki, onlayn tədrisdən yararlansaq da, uğurlu faydasını görmürük”.


Paylaş:


Müəllif : Tarix:
30-03-2021, 09:42
Sikayət   


loading...
Загрузка...